Bu ay hicri ilinin ilk ayı olmasına və bu ayda döyüşlərin və müharibələrin haram edilməsinə baxmayaraq, faciəli Aşura günü bu ayda baş vermiş və peyğəmbər nəslinin kədərinə səbəb olub.Müsəlman ümmətinin tarixinə ən acı, lakin eyni zamanda insanlara qeyrət, qürur bəxş edən bir hadisə kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn (ə) həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət daşıyır. Belə ki, İmam Hüseyn əzadarlığında Haqqın bərpası və Ədalət uğrunda səfərbərlik hikməti var. İmam Hüseyn dinin saflığı uğrunda mübarizəsinin hər il yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür.
Bu ayın ilk iki həftəsində dünya müsəlmanları, eləcə də Azərbaycanlı inanclılar İmam Hüseynin (ə) şəhid edilməsi günlərini məscidlərə gedərək onun şəninə mərsiyələr, ilahilər deyərək yad edirdilər. Lakin bu il pandemiya səbəbindən məscidlər bağlıdır, kütləvi tədbirlərin keçirilməsi qadağandır və əzadarlıq yalnız fərdi şəkildə təşkil oluna bilər. Məhərrəm ayının ilk günü oruc tutmaq müstəhəbdir. Qəzası olmayanlar “məhərrəm ayının ilk gününün orucu” niyyəti ilə, qəzası olanlar isə qəza niyyəti ilə oruc tuta bilərlər.Habelə məhərrəm ayının ilk günündə də iki rükət namaz qılmaq müstəhəbdir. “Məhərrəm ayınını ilk günü” niyyəti ilə qılınan bu namazdan sonra 3 dəfə aşağıdakı dua oxunur: «Allahummə əntəl ilahul qədim və hazə sinnətun cədidətun fəəs-əlukə fiha əl-ismətu min şeytan vəl quvvətu əla hazihin nəfsəl əmmarətə bissu».“İlahi, sən əzəli və səxavətli Allahsan. Və bu, yeni ildir. Səndən istəyirəm ki, məni şeytandan qoruyub pisliyə çağıran nəfsim üzərində qalib edəsən”.Автор: saba
Bu gün Xanım Zeynəbin (s.ə) vəfat günüdür
Hicri təqvimlə Rəcəb ayının 15-i Xanım Zeynəbin (s.ə) vəfat günüdür.Zeynəbi Kubra hicrətin 6-cı ilində Mədinə şəhərində dünyaya gəlib. Hz.Zeynəb(s.ə) İmam Əlinin(ə) və Hz.Fatimənin(s.ə) üçüncü övladı idi. Zeynəb ərəb dilində «atasının zinəti» deməkdir.Məlumata görə, bu adı ona babası Hz.Muhəmməd(s) qoyub. Xanım Zeynəb(s.ə) 5 yaşına qədər Peyğəmbərlə(s) bir dövrdə yaşayıb. Buna görə də bəzi alimlər onun səhabə olduğunu qeyd edirlər. Hər kəsə qarşı şəfqətli olan Hz.Peyğəmbər(s) ilk qız nəvəsini sevərək əzizləyər və «tövsiyə edirəm hamı bu qıza hörmət etsin, o, Xədiceyi Kubra kimidir» deyərmiş. Xanım Zeynəbin(s.ə) uşaqlıq və gənclik dövrü müqəddəs Əhli Beyt(ə) ailəsində keçir və yetkilnik yaşına çatdıqda o, İmam Əlinin(ə) qardaşı oğlu Abdullah ibn Cəfərlə ailə həyatı qurur. Qeyd edək ki, tarixi mənbələrə görə, Xanım Zeynəbin(s.ə) həyat yoldaşı Abdullah ərəblər arasında ən dövlətli insanlardan biri olub. Müxtəlif mənbələrdə Abdullahın və həyat yoldaşının böyük səxavətləri haqqında məlumatlar yer alıb.Və nəhayət hicrətin 40-cı ili. Hz.Əli(ə) Kufədə şəhid olarkən Xanım Zeynəbin(s.ə) 35 yaşı vardı. Bu təqvimdən sonra onsuz da çətinliklərlə, münafiqlərin təzyiqləri altında yaşayan Peyğəmbər(s) ailəsinin vəziyyəti bir qədər də pisləşir. İmam Həsənin(ə) və İmam Hüseynin(ə) dövründə Hz.Zeynəb(s.ə) hər zaman qardaşlarının yanında olur, onların qarşılaşdığı çətinlikləri bölüşürdü. Hicrətin 61-ci ilində — İmam Hüseyn(ə) Mədinəni birdəfəlik tərk edəndə onunla birlikdə Hz.Zeynəb(s.ə) də vardı…Artıq o vaxt idi ki, Muhəmmədin(s) reyhanı İmam Hüseynin(ə) bir zamanlar oxşanıb, əzizləndiyi peyğəmbər şəhəri Mədinədə qalmağa yeri yoxdu. Mədinənin qapı-pəncərələri, küçə və dalanları, yeri, göyü və hətta daşları ağlayaraq bütün dövrlərin ən böyük şəhidini yola salırdı. Bu şəhər onun babası, atası, anası, qardaşı, özü və ailəsindən yalnız lütf və mərhəmət görmüşdü. Ölümə gedən karvanda iki oğlu ilə birlikdə, yaşı artıq 50-ni ötmüş Hz.Zeynəb(s.ə) də vardı.Qeyd etmək lazımdır ki, Kərbəla şəhidlərinə ilk dəfə əza saxlayan da Xanım Zenyəb(s.ə) olub. İlk dəfə Əhli-Beyt(ə) ailəsinin sağ qalanlarını bir araya gətirib Kərbəla çölündə şəhidlərə məclis quran Xanım Zeynəb(s.ə) idi. Bununla da müsəlmanların 1400 ilə yaxındır davam edən Aşura məktəbinin əsası qoyulurdu.Həzrət Zeynəb (sə) İmam Hüseynin (ə) şəhadətindən bir il sonra — hicrətin 62-ci ilində Şamda vəfat edib
Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Hüseynin (ə) kəlamında:
İmam Hüseyn (ə) “Aşura” gecəsi bacısı xanım Zeynəbin (s.ə.) taqətsizliyini gördükdə, ona təsəlli verərək keçmişdə nəsil-nəcabətinin başına gəlmiş ağır hadisələri, o cümlədən, anası Fatimənin (s.ə.) çətin günlərini xatırlayaraq buyurmuşdur: “Anam Fatimə məndən yaxşı idi, amma o da dünyada qalmadı.”(“Əl-kamilu fit-tarix”, 2-ci cild, səh.559.)Digər bir rəvayətdə o həzrətin belə buyurduğu nəql olunur: “Bir gün Allahın Rəsulu (s) Ümmü-Sələmənin evində ikən, Sərsail adlı mələk o həzrətə nazil olub deyir: “Nuru nurla evləndir!” Allahın Rəsulu (s) “Kimi kimlə evləndirim?” – deyə soruşduqda, Sərsail deyir: “Qızın Fatiməni (s) Əli ibn Əbu Taliblə (ə)!” Ondan sonra Allahın Rəsulu (s) Cəbrail, Mikail və Sərsailin hüzurunda Fatiməni (s.ə.) Əli (ə) ilə evləndirir.
(“Biharul-ənvar”, 43-cü cild, səh.213, hədis 31.)
https://t.me/seba_azeri313
Xanım Fatimeyi-Zəhra (s.ə.) Imam Sadiqin (ə) kəlamında
Müfəzzəl ibn Ömər nəql edir ki, imam Sadiqdən: “Xanım Fatimeyi-Zəhra (s.ə.) necə dünyaya gəldi?” – deyə soruşduqda, o həzrət belə buyurdu: “Xədicə (s.ə.) Peyğəmbərlə (s) evləndikdən sonra Məkkə qadınları onunla əlaqəni kəsdilər. Heç kim onun yanına getmir, ona salam vermir və hətta qadınlara onunla əlaqə saxlamaq qadağan edilmişdi.
Peyğəmbərin (s) həyat yoldaşı onların bu rəftarından narahat olurdu. Nəhayət, Fatiməyə (s.ə.) hamilə olduğu zaman anasının bətnində onun qəm-qüssəsinə şərik oldu, Fatimə (anasının bətnində ikən) anası ilə danışır, onu səbir və təmkinli olmağa dəvət edirdi. O, anasının yeganə həmdəmi idi. Xədicə (s.ə.) övladı ilə danışdığını Peyğəmbərdən (s.ə.) gizlətsə də, bir gün Həzrət otağa daxil olanda Xədicənin (s.ə.) öz bətnindəki övladı ilə danışdığını gördü. Xədicə (s.ə.) Peyğəmbərin (s): “Səninlə danışan kim idi?” – sualına belə cavab verdi: “Bətnimdəki uşaq!” Peyğəmbər (s) buyurdu: “Cəbrail mənə xəbər verib ki, bu körpə, qızdır, özü də pak və mübarəkdir. Allah-Taala nəslimi onun vasitəsilə davam etdirəcək. Bu ümmətin rəhbərləri onun nəslindən vücuda gələcək və onlar vəhy kəsildikdən sonra Allahın yer üzündə xəlifələri olacaq.”
(“Biharul-ənvar”, c.16, səh.79. )
Sual :İnsan Cənnətdə ata və anasının yanında ola bilərmi?
Sual :İnsan Cənnətdə ata və anasının yanında ola bilərmi?
lQısa cavab:“Tur” surəsinin 21-ci ayəsindən başa düşülür ki, atalarının yolunu gedən, iman baxımından onların davamçısı olan övlad və zürriyyələr cənnətdə onlara qoşula biləcəklər: “İman gətirmiş və övladları imanda onlara tabe olmuş kəslərin övladlarını onlara qovuşduracaq və onların əməllərindən bir şey azaltmayacağıq.”Ətraflı cavab:“Tur” surəsinin 21-ci ayəsinə azacıq diqqətlə başa düşülür ki, ayədəki məqsəd atalarının yolunu gedən, iman baxımından onların davamçısı olan və onların məktəbinə qoşulan övlad və zürriyyədir:وَ الَّذِینَ آمَنُوا وَ اتَّبَعَتْهُمْ ذُرِّیَّتُهُمْ بِاِیمان اَلْحَقْنا بِهِمْ ذُرِّیَّتَهُمْ وَ ما اَلَتْناهُمْ مِنْ عَمَلِهِمْ مِنْ شَیْء “(Özləri) iman gətirmiş və övladları imanda onlara tabe olmuş kəslərin övladlarını (axirətdə və cənnətdə) onlara qovuşduracaq və onların əməllərindən bir şey azaltmayacağıq.”Belə kəslər əməldə səhlənkarlıq etsələr, təqsirə yol versələr də saleh atalarının ehtiramına Allah onları bağışlayar, məqamlarını ucaldar və onların səviyyəsinə çatdırar. Bu, ata və övladlara Allahın böyük bir lütfüdür. Lakin təfsir alimlərinin bəzisi burada “zürriyyə” sözününün ümumi mənaya dəlalət etdiyini irəli sürürlər. Belə ki, körpə uşaqlar da bu ayəyə şamildir. Lakin bu versiya ayənin zahiri mənası ilə uyğun gəlmir. Çünki imanda həddi-buluq və ya ona yaxın mərhələ şərtddir ki, bu da iddiamıza sübutdur.Amma belə də demək olar ki, uşaqlar qiyamətdə həddi-buluğa çatacaq, onlardan imtahan götürüləcək, imtahandan qəbul olduqları təqdirdə atalarına qoşulacaqlar. Bu halda sözü gedən təfsir məqbul sayıla bilər.Uşaqların ataları ilə eyni dərəcəyə ucalmaları ehtimalı insanda istər-istəməz, ataların əməllərindən azaldılıb övladların əməllərinə əlavə edilməsi fikri yarada bilər. Bu təsəvvürü aradan qaldırmaq üçün ayənin davamında deyilir:وَ ما اَلَتْناهُمْ مِنْ عَمَلِهِمْ مِنْ شَیْء“Biz onların əməllərindən əsla azaltmarıq.”İbn Abbas İslam peyğəmbərindən (s) nəql edir ki, həzrət buyurdu:اِذا دَخَلَ الرَّجُلُ الْجَنَّهَ سَاَلَ عَنْ اَبَوَیْهِ وَ زَوْجَتِهِ وَ وَلَدِهِ، فَیُقالُ لَهُ اِنَّهُمْ لَمْ یَبْلُغُوا دَرَجَتَکَ وَ عَمَلَکَ، فَیَقُولُ رَبِّ قَدْ عَمِلْتُ لِی وَ لَهُمْ فَیُوْمَرُ بِاِلْحاقِهِمْ بِهِ “İnsan cənnətə daxil olarkən öz atası, anası, övladları və həyat yoldaşının harada olduqlarını soruşur. Ona deyilər: “Onlar sənin dərəcə, məqam və əməlinə çatmadılar.” O, xahiş edər: “Pərvərdigara, mən özüm və onlar üçün əməl etdim.” Bu an əmr edilər ki, ailəsini ona qovuşdursunlar. Maraqlısı burasındadır ki, ayənin sonunda əlavə edir:کُلُّ امْرِئ بِما کَسَبَ رَهِینٌ “Hər bir insan öz əməlinin girovundadır. “ Buna görə, pərhizkarların əməl və mükafatlarından nəyinsə azalmaması təəccüb doğurmamalıdır. Çünki bu əməllər hər yerdə insanın özü ilədir. Allah təqvalı insanlar haqqında lüft edirsə, onları cənnətdəki müttəqi insanlara qovuşdurursa, bu, onların əməllərinin mükafatından nəyinsə azalması mənasına deyil.Beləliklə, hər bir insan öz əməlinin girovundadır cümləsinin mənası budur ki, hər kəsin əməlləri onun ayrılmaz yoldaşıdır. Heç vaxt ondan ayrılmır, istər yaxşı əməl olsun, istərsə də pis əməl. Demək, təqvalı insanlar cənnətdə öz əməlləri ilə birlikdədirlər. Övladlarının kənarlarına gətirilməsi onların əməllərindən nə isə azalması mənasında deyildir.Ümumiyyətlə, bu cümlə insanın əməllərinin heç bir vaxt ondan ayrılmamasına, hər yerdə daim onunla birlikdə olmasına dair bir isrardır.
İslamda dostluq…
İslam dinində kafirlə dostluq məzəmmət olunduğu kimi, möminlə düşmənçilik də pislənilir.“Təvəlla və təbərra” dedikdə Allahın dostları ilə dost, düşmənləri ilə düşmən olmaq nəzərdə tutulur.İnsan ictimai varlıq olduğundan öz həmnövləri ilə ünsiyyətə, yodaşlığa məcburdur. Amma o, bir qurup insanlarla xüsusi münasibətdə olmağa ehtiyac duyur və bu insanları dost adlandırır.“Fürqan” surəsinin 28-ci ayəsində buyurulur: “Vay halıma! Kaş filankəsi özümə dost seçməyəydim!” Ayədə qiyamət səhnəsində, seçdiyi dosta peşiman olmuş insandan danışılır. Aydın olur ki, insanın xoşbəxtliyində dost əhəmiyyətli rol oynayır. Həzrət Əli (ə) buyurur: “Bir insanın kimliyini tanımaq üçün onun dostlarına nəzər salın. Əgər dostları din əhlidirsə, o da din əhlidir, dostları din əhli deyilsə, o da dindən, doğru yoldan uzaqdır.”İmam Məhəmməd Təqi (ə) buyurur: “Pis insanlarla dostluqdan çəkin. Onlar yalın qılınc kimidirlər –zahirən gözəl, həqiqətdə çirkin!”Təbbi ki, insan öz həyatında düşmənlər də qazanır. İslam dinində kafirlə dostluq məzəmmət olunduğu kimi, möminlə düşmənçilik də pislənilir. Allah təala ”möminlər qardaşdırlar” buyurur:Hər bir əməldə məqsəd var. Allahın razılığını qazanmaq məqsədi daşıyan insanın əməli ibadətdir. Allahın dostu ilə dostluq, düşməni ilə düşmənlik üstün ibadətlərdəndir. Şeytan insanlar, xüsusi ilə də, möminlər arasında təfriqə salmaq qəsdindədir. Allahın razılığını düşünən insan isə möminlə düşmən, kafirlə dost olası deyil!
“İman gətirib yaxşı işlər görənlər və ümidlərini Rəbbinə bağlayanlar isə cənnətlikdirlər.
İnsanı cənnətə doğru aparan əqidə əsasları, əxlaq normaları və ibadət əməlləri çoxdur, onların hamısını bir ayədə ifadə etmək mümkün deyil. Hətta bu mümkün olsaydı da, ayə çox uzun və cansıxıcı alınardı.İkincisi, Quran bütün bəşəriyyətə ünvanlanmış bir kitabdır. İnsanların hər birinin öz psixoloji durumu, temperamenti, iman dərəcəsi, şüur səviyyəsi vardır. Allah müxtəlif ayələrdə müxtəlif təbəqələrə fərqli üslublarda müraciət edir ki, tez anlasınlar.Həmçinin, hər kəsin “büdrədiyi” məqamlar fərqlidir. Birisi üçün səbir, o birisi üçün saleh əməl, bir başqası üçün isə doğruculluq amilini vurğulamaq faydalıdır. Töbvəsini təxirə salanlar tövbə haqqında, ibadətə saymazyana yanaşanlar namaz mövzusunda tənbeh olunmalıdırlar.Nəhayət, üçüncüsü, cənnəti qazanmağın yolları barədəki ayələrdə xatırlanan xüsusiyyətlərin hamısı bir-biri ilə sıx bağlıdır. Müsbət insan bu xüsusiyyətlərdən yanlız birinə sahib olub, o birisindən məhrum qala bilməz. Əsil mömin bu cəhətlərin hamısına (heç olmazsa, böyük əksəriyyətinə) sahib olmalıdır. Ayələrdə xatırlanan iman, təqva kimi anlayışlar bir çox başqa dəyərləri də özündə ehtiva edir. Bu baxımdan, ayələrdə fərqli dəyərlərin vurğulanması qətiyyən ziddiyyət təşkil etmir.
🇵🇸 Böyük güclər əbədi deyillər
Məgər Fələstin məsələsi və bu müsəlman torpaqlarının işğalı yarım əsr öncədən bu günə qədər dəyişilmişdir?! Məgər tarixi və coğrafi həqiqətlər əvəz olunasıdır?! Fələstin Fələstindir, İslam torpağıdır, öz xalqına və millətinə məxsusdur. Bir düşmən gəlib sizin evinizi ələ keçirsin, sonra zorla sizdən istəsin ki, bu işğalı imzalayın; bundan üstün zillət varmı?! Bizim İsrail qarşısındakı mövqeyimiz həmişəki mövqedir. İsrail regionda bədxassəli bir xərçəng vəzisidir. Bu kəsilməli və kökündən qoparılmalıdır. Amerika gücünün İsraili müdafiə etməsinə baxıb bu işi qeyri-mümkün hesab edən yaxıngörənlərin təsəvvürünün əksinə, bu iş qeyri-mümkün deyil. Bu mümkündür və olacaq. Böyük güclər əbədi deyillər. Maddi qüvvələr bir gün vardırlar, bir gün yoxdurlar. Dünən dünyada Sovet Sosialist Respublikaları İttifaqı adlı bir qüvvə vardı, amma bu gün yoxdur. Tarixin təcrübə səhnəsi bizim gözümüz önündədir._Ayətullah Xamenei, Fələstin, səh.24_
İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətə nəzər yetirək:
İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətə nəzər yetirək:سَتَخلو كوفَةُ مِنَ المُؤمِنينَ، ويَأرِزُ عَنهَا العِلمُ كَما تأرِزُ الحَيَّةُ في جُحرِها، ثُمَّ يَظهَرُ العِلمُ بِبَلدَةٍ يُقالُ لَها قُمُ، وتَصيرُ مَعدِنًا لِلعِلمِ وَالفَضلِ… وذلِكَ عِندَ قُربِ ظُهورِ قائِمِنا، فَيَجعَلُ اللّهُ قُمَّ وأهلَهُ قائِمينَ مَقامَ الحُجَّةِ، ولَولا ذلِكَ لَساخَتِ الأَرضُ بِأَهلِها، ولَم يَبقَ فِي الأَرضِ حُجَّةٌ، فَيَفيضُ العِلمُ مِنهُ إلى سائِرِ البِلادِ فِي المَشرِقِ وَالمَغرِبِ، فَيَتِمُّ حُجَّةُ اللّهِ عَلَى الخَلقِ حَتّى لا يَبقى أحَدٌ عَلَى الأَرضِ لَم يَبلُغ إلَيهِ الدّينُ وَالعِلمُ، ثُمَّ يَظهَرُ القائِمُ.“Tezliklə Kufə möminsiz qalar və elm büsatı ilan yuvasına qısıldığı kimi çəkilər. Sonra elmin qapısı Qum şəhərindən açılar, ora elm və fəzilət ocağına çevrilər… Bunlar bizim Qaimimizin zühuruna yaxın vaxtda baş verəcək və Allah Qum və əhalisini Höccətin (İmam Məhdi) canişinləri edəcək. Bu olmasaydı, şübhəsiz, yer üzü əhlini udar və “dəlil” sona yetərdi. Elm və bilik Qumdan dünyanın şərq və qərbinə axacaq, bununla da, Allah dəlil nişanələrini başa vuracaq və hətta yer üzündə din və elmin çatmadığı bir yer qalmayacaq. O zaman Qaim (ə) zühur edəcək.”(“Biharul-ənvar”, c.60, səh.213, hədis 23.)
23 rəbiüləvvəl – Həzrət Məsumənin (s.ə) Quma gəlişi
Həzrət Məsumənin (s) Quma gəlişi haqqında tarixi mənbələr yazır ki, bu gəlişin obyektiv səbəbləri vardı. İmam Kazim (ə) həbsə alınan zaman oğlu İmam Rizaya (ə) vəsiyyət etdi ki, qızların himayəsini öz üzərinə götürsün. Qızlarına da vəsiyyət etdi ki, qardaşları həzrət Rizaya (ə) itaət etsinlər. Hicri-qəməri 183-cü ildə imam Musa-Kazim (ə) şəhadətə çatan zaman xanım Məsumənin (s) on yaşı vardı. O acı uşaqlıq dövrü keçirmişdi. Qardaşının himayəsində yaşayan xanım Məsumə (s) imam Rizanın (ə) Xorasana məcburi səfərindən sonra bir il Mədinədə yaşadı. Xanım iztirab içində idi, heç vəchlə sakitləşə bilmirdi. Qardaşını görmək istəyi ilə Mədinədən Xorasana uzun səfərə qərar verdi. Yaxınları ilə birlikdə səfərə çıxdı. Qardaşını görmək arzusu ilə alışıb-yanan xanım yol arası Savədə xəstələndi.Bəziləri xanımın xəstəliyi haqqında yazırlar ki, Savə əhli o zaman Peyğəmbər ailəsinə düşmən idi və bu səbəbdən xanımın karvanını görəndə ona hücum etdilər. Bu döyüşdə xanım Məsumənin (s) qardaşları və qardaşı oğlanları şəhadətə çatdı. Xanım Məsumə (s) 23 yaralı cəsədi görüb eynən bibisi Zeynəb kimi qəm-qüssəyə qərq oldu. Bu qəm-qüssə xəstəliyə səbəb oldu. Xanım bu vəziyyətdə Quma gəldi, Qumda vəziyyəti daha da ağırlaşdı. 16-17 gündən sonra dünyasını dəyişdi.Başqa bir rəvayətdə bildirilir ki, Harun ibn Musa ibn Cəfər bacısı həzrət Məsumə (s) də daxil olmaqla 23 nəfərlə bir karvanda Savəyə daxil oldu. Əhli-beyt düşmənləri süfrə başına yığışmış müsafirlərə hücum etdilər. Əvvəlcə Harunu şəhadətə çatdırdılar. Karvanın digər üzvləri yaralandı, pərən-pərən düşdü. Nəql olunur ki, xanım Məsumənin (s) xörəyinə zəhər qatdılar. Xanım ağır vəziyyətdə yatağa düşdü və çox çəkmədi ki, Qumda şəhadətə çatdı. Bəziləri nəql edir ki, xanımı Savədə bir qadın zəhərləyib.Xanım Fatimənin (s) gəlişi xəbəri Ali-Sədə çatdı. Xanımın istiqbalına gedib, onu Quma dəvət etdilər. Bu toplum arasında Musa ibn Xəzrəc adlı biri xanımın karvanına çatıb, onun dəvəsinin cilovundan tutdu və Quma doğru hərəkət etməyə başladı. Bu şəxs xanımı öz evində böyük hörmətlə qəbul etdi. 16-17 gün bu evdə ağır xəstəlik keçirən xanım Məsumə (s) dünyasını dəyişdi. Ali-Səd övladları xanıma əza məclisi qurdular