Şiə alimlərinin nəzərinə əsasən Həzrət Rəsulullah Məhəmməd ibn Abdullahın (sallallahu əleyhi və alih) mövlud günüdür. Məşhur budur ki, Həzrət Məkkədə öz evində cümə günü günəş doğan zaman Ammul-fil ilində dünyaya gəlmişdir.83 hicri-qəməri ilinin belə bir günündə İmam Sadiq əleyhissəlamın da mövludu olmuşdur. Bu da günün daha da fəzilətli və şərafətli olmasına əlavə səbəbdir

Bismilləhir-Rahmənir-RahimRəbiul-əvvəl ayının 17-ci gününün əməlləri:Şiə alimlərinin nəzərinə əsasən Həzrət Rəsulullah Məhəmməd ibn Abdullahın (sallallahu əleyhi və alih) mövlud günüdür. Məşhur budur ki, Həzrət Məkkədə öz evində cümə günü Günəş doğan zaman Ammul-fil ilində dünyaya gəlmişdir.83 hicri-qəməri ilinin belə bir günündə İmam Sadiq əleyhissəlamın da mövludu olmuşdur. Bu da günün daha da fəzilətli və şərafətli olmasına əlavə səbəbdir.Bu gün bir neçə əməldən ibarətdir:1. Qüsl almaq2. Oruc tutmaq çoxlu fəzilətə malikdir. Bu günün orucunun bir illik orucun savabı vardır. Bu gün, il boyu orucu ilə seçilən dörd gündən biridir.3. Peyğəmbəri istər uzaqdan, istərsə də yaxından ziyarət etmək.4. Əmirəl-möminin Əli əleyhissəlamı və İmam Sadiq əleyhissəlamı ziyarət etmək.5. Gün açılan kimi, iki rükət namaz qılmaq. Hər rükətdə “Həmd”dən sonra on dəfə “Qədr” və on dəfə “İxlas” surələrini oxumaq lazımdır və salamları verdikdən sonra öz namaz qıldığı yerdə əyləşib, bu duanı oxusun: “Əllahummə əntə həyyun la təmutu…”. Çox geniş bir duadır. Bu duanın sənədini məsuma yetişdiyinə yəqinimiz olmadığı üçün və ixtisara riayət edərək onu burada gətirmirik. İstəyənlər “Zadul-məad” kitabına müraciət edə bilərlər.6. Müsəlmanlar bu günə hörmət etsinlər və çoxlu sədəqə versinlər. Möminləri sevindirsinlər və məsumların ziyarətinə getsinlər.

Bu gün Məhəmməd(s) peyğəmbərin mübarək mövlud günüdürBəşəriyyətin əşrəfi Həzrət Məhəmmədin(s) mübarək mövlud günü münasibəti ilə bütün dünya müsəlmanlarını təbrik edirik!Bu gün Allahın bəşəriyyət üçün göndərdiyi peyğəmbərin sonuncusu,ilahi təlimlərin ən kamilini  insanlara çatdıran, yaradılışın ən üstünü olan Həzrəti Məhəmmədin (s) mübarək mövlud günüdür.Bu gün bütün İslam aləmi üçün ən əziz bayramlardan biridir.Allahın rəsulu Məhəmməd ibn Abdullah (s)miladi 570-ci ildə rəbbiül əvvəl ayının 17-də Məkkə şəhərində Qureyş tayfasının rəhbəri Əbdülmuttəlibin oğlu Abdullahın ailəsində dünyaya gəlib. Atası Abdullah Bəni-Zöhrə tayfasının başçısı Vəhəbin qızı Aminə ilə ailə həyatı qurduqdan bir neçə ay sonra ticarət səfərlərindən birində vəfat edir. Həzrət peyğəmbər hələ körpə ikən Bəni-Səd qəbiləsindən olan Həlimə adlı qadının yanında olan zaman anası dünyadan köçür, babası Əbdülmüttəlib onu himayəsinə götürür. Səkkiz yaşında ikən babası da vəfat etdikdən sonra Məhəmməd (s.ə.s) əmisi Əbu Talibin himayəsində yaşayır. 25 yaşında ikən Qüreyşin varlı qadınlarından olan Xədicənin ticarət karvanına rəhbərlik etməyə başlayır və bir müddət sonra onunla evlənir.Peyğəmbərin (s) bütün həyatı bəşəriyyət üçün həm fərdi, həm ictimai, həm də siyasi cəhətdən bir dərsdir — «Əfv və bağışlamağı əsas götürür və yaxşı işlərə rəğbətləndirir» («Əraf» 199). «Onların səhvlərini bağışla, xoş üzlü və dözümlü ol ki, Allah bağışlayan və xeyirxah insanları dost tutur» («Maidə» 13).Peyğəmbər onun haqqını tapdalayanların fərdi hüquqlarında cəza və tənbehə yol verməzdi. «O, kimsədən öz şəxsi haqqına görə intiqam almazdı. Bütün xəta edənləri bağışlayardı» («Bihar» 66). Bu hadisələr zamanı peyğəmbər cəmiyyətə rəhbər idi, O, müxtəlif fikirli insanların – müşriklərin, kitab əhlinin mövqelərinə dözər, hətta müəyyən zamanadək onlara öz fikirlərinin təbliği üçün imkan verərdi. Ən qatı düşmənlərini belə gələndə bağışlayardı

Peyğəmbərin həyatında nəzərə çarpan mühüm bir xüsusiyyət onun məsuliyyəti qəbul etməsidir. O, məsuliyyəti qəbul etməklə başqalarına xidmətə çalışır.Bu məsuliyyət çətinliklərə dözməklə, böhtanlarla üzləşməklə,müxtəliflərlə rastlaşmaqla həyata keçir. Bütün dözmək üçün insana çox böyük dözüm lazımdır. İlahi peyğəmbərlər böyük dözüm sahibi olduqlarından cəmiyyətə rəhbərlik məsuliyyətini daşıya bilmişlər. İnsanları fəzilətlə tanış etmək yolunda zorluqlarla üz-üzə gəlmişlər. Çətinliklərə dözərək ən yaxşı müvəffəqiyyəti əldə etmişlər. Onlar cəmiyyətə yol göstərmək üçün öz dövrlərinin zalımları ilə vuruşmuşlar.Bu işin icrası üçün böyük dözüm və məsuliyyətin qəbuluna ehtiyac var. Həzrətin yolu bu baxımdan çox aydındır. Quran onun bu xüsusiyyətini çox gözəl təsvir edir. O, xalqın hidayəti üçün gecə-gündüz tanımadı. Xalqın etiqadı və əxlaqi bəlalardan, zalımların zülmündən qurtarmaq üçün məsuliyyət hiss etdi. «O, sizin hidayətiniz üçün çalışır, möminlərə rəuf və mehribandır» (Tövbə 128)

Həzrəti Məhəmmədin(s) məsuliyyəti ən çətin ictimai, siyasi və icrai məsuliyyət idi.Bəşər həyatının müxtəlif sahələrinə rəhbərlik onun öhdəsində idi. Həzrət (s) uyğun məsuliyyətə dözə biləcək bir tutuma malik olmalı idi. Onun ağıl nuru bütün dəyərlər üçün güzgü olmalı idi. Cəmiyyətə rəhbərlik çox böyük hadisədir və onun gerçəkləşməsi üçün ağıl nuru əsas şərtdir. Cəmiyyətə rəhbərlik məsuliyyətini peyğəmbərin çiyininə qoymuş Allah-taala onun tutumu və ağıl nuru haqqında belə buyurur: «Məgər biz sənin köksünü açıb genişləndirmədikmi?!» («Şərh» 1). Həmin bu ağıl nuru və tutum Quran kimi bir vəhy maarifini qəbul etdi. Həmin bu ağıl nuru növbənöv döyüşlərlə cəmiyyətə rəhbərliyi öhdəsinə götürdü. Həqiqətə uyğun düzgün mövqe seçməklə hamı üçün nümunə olası dəyərləri rəhbər tutdu.Peyğəmbər ağıl nuru və kamil tutuma malik olduğu üçün cəmiyyətə rəhbərlikdə düzgün mövqe tuta bilmişdi. Din hüquqları qarşılıqlı şəkildə gözlənilməsini göstəriş versə də, bəşər həyatında büdrəmələr olur. Əgər bir adam səhv edirsə və onun bu səhvi bir başqasının hüququnu tapdayırsa, büdrəyən adamla hansı formada rəftar olunmalıdır? İntiqam almaqlamı, yoxsa bağışlamaqla? İmkan olan yerdə bağışlamaq qəlblərin yumşalmasına, insanların ilahi dəyərlərə yaxınlaşmasına bais olur və bu ən yaxşı yoldur. Allah-taala da bağışlamağı üstün qiymətləndirir. Amma bu bağışlamağın səbəbi insanın zəifləməyi olmamalıdır və eləcə də bu bağışlama günaha rəğbətləndirməlidir.

Doğru bir müdiriyyət və rəhbərlik yaratmaq üçün insanın tutumu, ağıl nuru mühüm rol oynayır və xeyli səmərəlidir. Ağıl nuru müxaliflərin və biganələrin haqqa yaxınlaşmasına, fikir oyanışına səbəb olur. Ağıl nuru və müdrik baxış başqalarını dəyərləri qiymətləndirməyə, quruculuğa həvəsləndirir. Rəhbərin ağıl nuru onu səmərəsiz fəaliyyətlərdən çəkindirir, ictimai qüvvələrin təşkilinə səbəb olur. Bu xüsusiyyətlərə görə insanların büdrəmələri bağışlanır. Nəhayət, ağıl nuru təxribatın və qüvvə itkisinin qarşısını alır, qüvvələri mütəşəkkil formada hədəfə doğru yönəldir.

Şeyx Səduq imam Sadiq (ə)-dan, o da öz atasından (ə), o da öz atasından (ə) belə nəql edir: «Bir gün imam Hüseyn (ə) qardaşı imam Həsən (ə)-ın yanına getdi və ona baxıb ağladı.İmam Həsən (ə) belə buyurdu: Ey Əba Əbdillah, niyə ağlayırsan?! İmam Hüseyn (ə) onun cavabında belə dedi: Sənin başına gətirilən bu müsibətə ağlayıram.İmam Həsən (ə) buyurdu ki, məni zəhərlədilər, amma sənin şəhadət gününün çətinliyi kimi heç bir gün ola bilməz.»(Nəfəsul-məhmum, səh. 484)https://t.me/seba_azeri313

İmam Əli (ə) bir sıra üstünlüklərə malik olmasına baxmayaraq, yalnız şəhadət astanasında olduğu vaxt izzətə çatdığını bildirir. O həzrət ilk iman gətirmiş, təhlükəli məqamda Peyğəmbərin (ə) yerində yatmış kəs idi.Yalnız Peyğəmbərin (ə) qardaş adlandırdığı İmam Əlinin (ə) qapısı Peyğəmbər (ə) məscidinə açılırdı. O, imamların atası, həzrət Zəhranın (ə) əri idi.Əli (ə) bütsındıran idi. Onun Xəndək döyüşündə vurduğu zərbə Səqəleynin ibadətindən üstün sayılmışdı. Amma sadalanan məqamların heç birində izzətə çatdığını bildirməmişdi.https://t.me/seba_azeri313

Imam Huseyn (ə) haqqında qısa məlumatİMAM HÜSEYN (ƏLEYHİSSALAM)Ləqəbləri: Seyyidüş-şühəda, Rəşid, Təyyib, Vəfiyy, Zəkiyy, Seyyid, Səid, Mübarək, Sibtüs-sani, Əttabiu-limərzatillah, Əşşəhidu bi-Kərbəla, Əddəlilu əla zatillah, Əl-imamus-salis.Künyəsi: Əbu Əbdillah.Atası: Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhissalam).Anası: Fatimeyi Zəhra (salamullahi əleyha).Doğulduğu gün: 3 Şəban.Doğulduğu yer: Mədineyi-Münəvvərə.Doğulduğu il: Hicrətdən 3 il sonra.Şəhid olduğu gün: Məhərrəmin onu, cümə günü.Şəhid olduğu il: 61-ci hicri ili.Ömrü: 58 il.Şəhadət səbəbi: Yezid ibn Müaviyənin hökmü ilə öz əhli-beyti ilə birlikdə şəhadətə çatmışdır.Dəfn olunduğu yer: Müqəddəs Kərbəla şəhəri.Övladlarının sayı: 6 (4 oğlan, 2 qız).Oğlanları:1. Əli Əkbər.2. Əliyyi Övsət (İmam Zeynül-Abidin əleyhissalam).3. Cəfər.4. Əbdüllah.Qızları:1. Səkinə.2. Fatimə.İmamın nəsli oğlu Zeynəl-Abidindən (əleyhissalam) davam etmişdir. Əli Əkbər atası ilə birlikdə Kərbəlada şəhid olmuş və o Həzrətin yanında dəfn edilmişdir. Cəfər (anası Qusaiyyədir) atasının sağlığında vəfat etmiş, Mədineyi-Münəvvərədə dəfn olunmuşdur. Əbdüllah isə uşaqlıq çağında (6 aylıq) atasının qucağında şəhid edilmişdir. Ona Əli Əsğər də deyilir.https://t.me/seba_azeri313

İmam HUSEYNİN (ə) ziyarətnaməsiالسَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ أَمِيرِ الْمُؤْمِنِينَ السَّلامُ عَلَيْكَ يَا ابْنَ سَيِّدَةِ نِسَاءِ الْعَالَمِينَ أَشْهَدُ أَنَّكَ أَقَمْتَ الصَّلاةَ وَ آتَيْتَ الزَّكَاةَ وَ أَمَرْتَ بِالْمَعْرُوفِ وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ وَ عَبَدْتَ اللَّهَ مُخْلِصا وَ جَاهَدْتَ فِي اللَّهِ حَقَّ جِهَادِهِ حَتَّى أَتَاكَ الْيَقِينُ فَعَلَيْكَ السَّلامُ مِنِّي مَا بَقِيتُ وَ بَقِيَ اللَّيْلُ وَ النَّهَارُ وَ عَلَى آلِ بَيْتِكَ الطَّيِّبِينَ الطَّاهِرِينَ أَنَا يَا مَوْلايَ مَوْلًى لَكَ وَ لِآلِ بَيْتِكَ سِلْمٌ لِمَنْ سَالَمَكُمْ وَ حَرْبٌ لِمَنْ حَارَبَكُمْ مُؤْمِنٌ بِسِرِّكُمْ وَ جَهْرِكُمْ وَ ظَاهِرِكُمْ وَ بَاطِنِكُمْ لَعَنَ اللَّهُ أَعْدَاءَكُمْ مِنَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ وَ أَنَا أَبْرَأُ إِلَى اللَّهِ تَعَالَى مِنْهُمْ يَا مَوْلايَ يَا أَبَا مُحَمَّدٍ يَا مَوْلايَ يَا أَبَا عَبْدِ اللَّهِ هَذَا يَوْمُ الْإِثْنَيْنِ وَ هُوَ يَوْمُكُمَا وَ بِاسْمِكُمَا وَ أَنَا فِيهِ ضَيْفُكُمَا فَأَضِيفَانِي وَ أَحْسِنَا ضِيَافَتِي فَنِعْمَ مَنِ اسْتُضِيفَ بِهِ أَنْتُمَا وَ أَنَا فِيهِ مِنْ جِوَارِكُمَا فَأَجِيرَانِي فَاِنَّكُمَا مَأْمُورَانِ بِالضِّيَافَةِ وَ الْإِجَارَةِ فَصَلَّى اللَّهُ عَلَيْكُمَا وَ آلِكُمَا الطَّيِّبِينَ Transkripsiya:Əssəlamu ələykə yəbnə rə-sulillah, əssəlamu ələykə yəbnə Əmiril mu`mini, əssəlamu ələykə yəbnə cəyyidəti nisail aləmin, əşhədu ənnəkə əqəmtəs səlatə və atəytəz zəkatə və əmərtə bil mə`rufi və nəhəytə ənil munkər, və əbədtəllahə muxlisa, və cahədtə fillahi həq-qə cihadihi hətta ətakəl yəqin, fəələykəs səlamu minni ma bəqiytu və bəqiyəl ləylu vən nəhar, və əla ali bəytikət təyyibinət tahirin, ənə ya məvlayə məvlən ləkə və liali bəytik, silmun limən saləmə-kum və hərbun limən harə-bəkum, mu`minun bisirrikum və cəhrikum və zahirikum və batinikum, ləənəllahu ə`daə-kum minəl əvvəlinə vəl axirin, və ənə əbrəu iləllahi təala min-hum, ya məvlaya, ya Əba Muhəmməd, ya mövlaya ya Əba Əbdillah, haza yəvmul isnəyni və huvə yəvmukuma, və bismikuma və ənə fihi zəyfukuma, fəəzifani və əhsina ziyafəti, fəni`mə mənistuzifə bihi əntuma, və ənə fihi min civarikuma, fəəcirani fəinnə-kuma mə`murani biz ziyafəti vəl icarəh, fəsəlləllahu ələyku-ma və alikumət təyyibin.Tərcümə:Salam olsun sənə, ey Rəsulullahın oğlu! Salam olsun sənə, ey Əmirəlmömininin oğlu! Salam olsun sənə, ey aləmlərin qadınlarının sərvərinin oğlu! Şəhadət verirəm ki, həqiqətən, sən namazı bərpa etdin, zəkat verdin, yaxşılığa əmr etdin, pislikdən çəkindirdin, Allaha ixlasla ibadət etdin, Allah yolunda layiqincə mübarizə apardın və nəhayət, “yəqin” (şəhadət) məqamına çatdın. Belə isə, mən yaşadığım və gecə-gündüz olduğu vaxta qədər mənim salamım olsun sənə və sənin pak-pakizə ailənə! Ey mənim sərvərim, mən səni və ailəni sevir, sənə təslim olana təsliməm və döyüşənlə döyüşdəyəm. Aşkar və gizli, zahiri və batini işlərinizə iman gətirmişəm. Allah sizin birinci və sonuncu (bütün) düşmənlərinizə lənət etsin. Mən uca Allahın dərgahında sizin düşmənlərinizə nifrət edirəm. Ey mənim sərvərim, ey Əbu Məhəmməd! Ey mənim sərvərim, et Əbu Əbdillah! Bu gün bazar ertəsidir. O, sənin günün və sənin adınadır. Mən həmin gün sənin qonağınam, məni qonaqlığa qəbul et ki, siz qonaqpərvərlərin ən yaxşısısınız. Mən bu gün sizə sığınıram. Mənə sığınacaq verin ki, siz Allah tərəfindən qonaqlıq və sığınacaq verməyə məmursunuz. Belə isə, Allahın salamı olsun sizə və sizin pak ailənizə!

Məhərrəm ayının əməlləri…Bu ay Məsumlar (ə) və onların davamçıları üçün qəm və qüssə ayıdır. Həzrət İmam Rzadan (ə) nəql edilir: «Məhərrəm ayı gəldiyi zaman heç kim atamı gülərüz görməzdi. Onuncu gününə qədər bu qəm və qüssəli durumu davam edərdi. Aşura günü çatanda isə onun müsibət, qəm-qüssə və göz yaşı günü olardı. Buyurardı: Bu gün elə bir gündür ki, Hüseyn (ə) şəhid olmuşdur”.Məhərrəm ayının ilk gecəsi: İbni Tavus «İqbal” kitabında bu gecə haqqında bir neçə namaz zikr etmişdir: 1. Yüz rükət namazdır ki, hər bir rükətində «Həmd” və «Tovhid” surələri oxunur. 2. İki rükətli namazdır ki, birinci rükətdə «Həmd” və «Ənam” və ikinci rükətdə isə «Həmd” və «Yasin” surəsi oxunur. 3. İkirükətli namazdır ki, hər bir rükətində «Həmddən” sonra 11 dəfə «Tovhid” surəsi oxunur. Peyğəmbərdən (s) nəql edilir: «Hər kim bu iki rükət namazı bu gecədə yerinə yetirərsə, sabahısı günü oruc tutsun. Əgər belə edərsə bütün il boyu xeyir iş görmüş şəxs kimi olar. Həmin il boyunca (Allah tərəfindən) qorunar. Əgər ölərsə, behiştə gedər”.Birinci gün: Oruc tutmaq. Riyan ibni Şəbib İmam Rzadan nəql edir: «Hər kim bu günü oruc tutarsa və Allahı çağırarsa, Allah onun duasını yerinə yetirər. Necə ki, Zəkəriyyanın (ə) duasını qəbul etmişdi». İmam Rzadan (ə) nəql edilir: «Peyğəmbər (s) Məhərrəm ayının birində iki rükətli namaz qılardı. Qurtarandan sonra əllərini göyə qaldıraraq bu duanı edərdi: Allahım, Sən əzəli Məbudsan! Bu Sənin ilindir. Bu aydan Səndən şeytanın şərrindən uzaq olmağımı, günah işlədə bilən nəfsə qələbə çalmağımı, məni Sənə yaxınlaşdıracaq işlərlə məşğul olmağımı istəyirəm. Ey Böyük və böyüklərin Sahibi! Ey sığınacağı olmayanların Sığınacağı! Ey o kəsin qəm yoldaşı ki, onun qəm sirdaşı yoxdur! Ey o kəsin pənah yeri ki, başqa pənah yeri yoxdur! Ey o kəsin fəryadına çatanı ki, fəryadına çatan yoxdur! Ey o kəsin himayəçisi ki, onun himayəçisi yoxdur! Ey o kəsin xəzinəsi ki, onun xəzinəsi yoxdur! Ey yaxşı imtahan edən, ey ümidlərin böyüyü, ey gücsüzlərin izzəti, ey qərq olmuşların nicat verəni, ey həlak olanları xilas edən, ey nemətlər bəxş edən…”.

Həzrəti Məsumənin (s.ə) ziyarətnaməsi

Xanımın qəbrinə yetişdikdə qəbrin baş tərəfində üzü qibləyə durub 34 dəfə “Allahu əkbər”, 33 dəfə “Subhanəllah” və 33 dəfə “Əlhəmdulillah” dedikdən sonra de:Oxunuş qaydası:Əssəlamu ’əla Adəmə səfvətillah. Əssəlamu ’əla Nuhin nəbiyyillah. Əssəlamu ’əla İbrahimə xəlilillah. Əssəlamu ’əla Musa kəlimillah. Əsəlamu ’əla ’İsa ruhillah. Əssəlamu ’ələykə ya Rəsuləllah. Əssəlamu ’ələykə ya xəyrə xəlqillah. Əssəlamu ’ələykə ya Səfiyyəllah. Əssəlamu ’ələykə ya Muhəmmədəbnə Əbdillahi xatəmən-nəbiyyin. Əssəlamu ’ələykə ya Əmirəl-mu’mininə Əliyyəbnə Əbitalibin vəsiyyə Rəsulillah. Əssəlamu ələyki ya Fatimətu Səyyidətə nisail-aləmin. Əssəlamu ələykuma ya sibtəy nəbiyyir-rəhməti və səyyidəy şəbabi əhlil cənnəh. Əssəlamu ’ələykə ya Əliyyəbnəl-Husəyni Səyyidəl-abidinə və qurrətə əynin-nazirin. Əssəlamu ’ələykə ya Muhəmmədəbnə Əliyyin Baqirəl-ilmi bə’dən-nəbiyy. Əssəlamu ’ələykə ya Cə’fərəbnə Muhəmməd. Əssadiqəl-Barrəl-Əmin. Əssəlamu ’ələykə ya Musəbnə Cə’fər. Ət-Tahirət-Tuhr. Əssəlamu ’ələykə ya Əliyyəbnə Musər-Rizəl-Murtəza. Əssəlamu ’ələykə ya Muhəmmədnə Əliyy. Ət-Təqiyy. Əsəlamu ’ələykə ya Əliyyəbnə Muhəmməd. Ən-Nəqiyyən-Nasihəl-Əmin. Əssəlamu ’ələykə ya Həsənəbnə Əliyy. Əssəlamu ələl-vəsiyyi min bə’dih. Əllahummə səlli ’əla nurikə və siracik. Və vəliyyi vəliyyikə və vəsiyyi vəsiyyikə və huccətikə ’əla xəlqik. Əssəlamu ələyki ya bintə Rəsulillah. Əssəlamu ələyki ya bintə Fatimətə və Xədicəh. Əssəlamu ələyki ya bintə Əmiril-mu’minin. Əssəlamu-ələyki ya bintəl-Həsəni vəl-Husəyn. Əssəlamu ələyki ya bintə vəliyyillah. Əssəlamu ələyki ya uxtə vəliyyillah. Əssəlamu ələyki ya əmmətə vəliyyillah. Əssəlamu ələyki ya bintə Musəbni Cə’fərin və rəhmətullahi və bərəkatuh. Əssəlamu ələyki ərrəfəllahu bəynəna və bəynəkum fil-cənnəti və həşərəna fi zumrətikum və əvrədəna həvzə nəbiyyukum və səqana bikə’si cəddikum min yədi Əliyyibni Əbitalibin sələvatullahi ələykum. Əs’əlullahə ən yuriyəna fikumus-sururə vəl-fərəcə və ən yəcməəna və iyyakum fi zumrəti cəddikum Muhəmmədin səlləllahu ələyhi və alih. Və ən la yəslubəna mə’rifətəkum innəhu Vəliyyun Qədir. Ətəqərrəbu iləllahi bihubbikum vəl-bəraəti min ə’daikum vəttəslimi iləllahi raziyən bihi ğəyrə munkirin və la mustəkbirin və ’əla yəqini ma əta bihi Muhəmmədun və bihi razin nətlubu bizalikə vəchəkə ya Səyyidi. Əllahummə və rizakə vəd-darəl-axirəh. Ya Fatimətuşfəi li fil-cənnəti fəinnə ləki indəllahi şə’nən minəş-şə’n. Əllahummə inni əs’əlukə ən təxtimə li bis-səadəti fəla təslub minni ma ənə fihi və la həvlə və la quvvətə illa billahil-Əliyyil-Əzim. Əllahumməstəcib ləna və təqəbbəlhu bikərəmikə və izzətikə və birəhmətikə və afiyətik. Və səlləllahu ’əla Muhəmmədin və alihi əcməinə və səlləmə təslimən ya Ərhəmər-rahimin.Tərcüməsi:Salam olsun Allahın seçdiyi olan Adəmə! Salam olsun Allah nəbisi olan Nuha! Salam olsun Allah dostu olan İbrahimə! Salam olsun Allahla həmsöhbət olan Musaya! Salam olsun Allah ruhu olan İsaya! Salam olsun sənə, ey məxluqatın ən xeyirlisi! Salam olsun sənə, ey Allahın seçdiyi! Salam olsun sənə, ey peyğəmbərlərin sonuncusu Muhəmməd ibn Abdullah! Salam olsun sənə, ey Rəsulallahın vəsisi, Əmir əl-möminin Əli ibn Əbutalib! Salam olsun sənə, ey aləmlərin qadınlarının xanımı, Fatimə! Salam olsun sizə, ey rəhmət Peyğəmbərinin iki nəvəsi və Cənnət cavanlarının ağası (yəni imam Həsən (ə.s) və Hüseyn (ə.s))! Salam olsun sənə, ey bəsirət əhlinin gözünün nuru, ibadət edənlərin ağası, Əli ibn Hüseyn! Salam olsun sənə, ey Peyğəmbərdən sonra elmin incəliklərinə varan Muhəmməd ibn Əli! Salam olsun sənə, ey gözəl əmanətdar Cəfər ibn Muhəmməd əs-Sadiq! Salam olsun sənə, ey pak və mutəhhər ruhlu Musa ibn Cəfər! Salam olsun sənə, ey Murtəza (bəyənilmiş) olan Əli ibn Musa ər-Riza! Salam olsun sənə, ey Muhəmməd ibn Əli ət-Təqi! Salam olsun sənə, ey xeyirxah, əmanətdar Əli ibn Muhəmməd ən-Nəqi! Salam olsun sənə, ey Həsən ibn Əli! Salam olsun ondan sonrakı vəsiyə! (yəni imam Zaman əleyhissalama).أَتَقَرَّبُ إِلَى اللّه ِ بِحُبِّكُمْ وَ الْبَرإَة ِ مِنْ أَعْدائِكُمْ وَ التَّسْليم ِ إِلَى اللّه ِ راضِياً بِه ِ غَيْرَمُنْكِر وَ لا مُسْتَكْبِر وَ عَلى يَقين ِ ما أَتى بِه ِ مَحَمَّدٌ وَ بِهَ راض نَطْلُبُ بِذلِكَ وَجْهِكَ يا سَيِّدى اَللّهُمَّ وَ رِضاكَ وَ الدّارَ الْآخِرَةِ يا فاطِمَةُ ا ِشْفَعى لى فِى الْجَنَّة ِ فَا ِنَّ لَكِ عِنْدَاللّْه ِ شَأْناً مِنَ الشَّأْن ِ اَللّْهُمّ ا ِنى اَسْئَلُكَ أَنْ تَخْتِمَ لى بِالسَّعادَة ِ فَلاتَسْلُبْ مِنّى ِ ما أَنَا فيه ِ وَ لاحُولَ وَ لا قُوَةَ إِلا بالّله الْعَلِىِّ الْعَظيم اَللّهُمَ اسْتَجِبْ لَنا وَ تَقَبَّلْهُ بِكَرَمِكَ وَ عِزَّتِكَ وَ بِرَحْمَتِكَ وَ عافِيَتَكَ وَ صَلَّى الّلهُ عَلى مُحَمَّد وَ آلِه ِ أَجْمَعينَ وَ سَلَّمَ تَسْليما يا أَرْحَمَ الرّاحِمينَ

Həzrət Məsumənin (ə) viladəti münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o xanımın həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq:  

Həzrət Məsumənin (ə) viladəti münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o xanımın həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq:   Xanım Məsumənin (ə) atası yeddinci imam həzrət Museyi-Kazim (ə) və anası Nəcmə xatundur. O həzrət 173-cü hicri-qəməri ilinin Zil-qədə ayının 1-də, Mədinə şəhərində dünyaya göz açmışdır. Adı Fatimə, məşhur ləqəbi Məsumədir. Digər ləqəbləri isə belədir: Tahirə, Həmidə, Rəşidə, Təqiyyə, Nəqiyyə, Rəziyyə, Mərziyyə, Səyyidə, Uxtur-Riza.   Yeddinci əsrin sünni alimi İbn Cövzi imam Kazimin (ə) dörd qızını Fatimə adı ilə qeyd etmişdir: 1. Fatimeyi-Kubra; 2. Fatimeyi-Suğra; 3. Fatimeyi-Vusta; 4. Fatimeyi-Uxra.   Qeyd edək ki, Fatimeyi-Kubra həmin “Fatimeyi-Məsumə”dir ki, onun pak qəbri İranın müqəddəs Qum şəhərində şiələrin ziyarətgahına çevrilmişdir.  “Bibi Heybət” adı ilə məşhur olan Fatimeyi-Suğra (və yaxud Həkimə) Bakı şəhərinin cənub tərəfinin girişində dəfn edilmişdir. Fatimeyi-Uxra “İmam bacısı” ləqəbi ilə məşhur olub, İranın Rəşt şəhərində dəfn olunmuşdur. (“Biharul-ənvar”, c. 48, səh. 286 və 317.) Fatimeyi-Vusta isə “Sitti-Fatimə” ləqəbi ilə İranın İsfahan şəhərində dəfn olunmuşdur.   İRANA SƏFƏRİ   200-cü hicriiqəməri ilində Məmun Abbasinin israr və təhdidindən sonra imam Rza (ə) Mərv şəhərinə, oradan da yanında Əhli-beytindən heç bir kəs olmadığı halda Xorasana yollanır. İmam Rzanın (ə) hicrətindən az sonra həzrət Məsumə (ə) qardaşını görmək arzusu ilə bir dəstə qohum-əqrəbası ilə Xorasana yola düşür. Keçdikləri bütün şəhərdə camaat onları təntənə ilə qarşılayıb, onlara məhəbbət bəsləyir. O həzrət də böyük bibisi həzrət Zeynəb (ə) kimi qardaşı imam Rzanın (ə) məzlumiyyəti və qəribliyini mömin və müsəlman xalqlara çatdırıb, Abbasi sülaləsinin hiyləgər hökumətinə qarşı müxalifətini bəyan edirdi.  Karvan İranın Savə şəhərinə çatdıqda, dövlət məmurlarının himayə etdiyi bir qrup Əhli-beyt müxalifləri onların kişilərini şəhid edirlər. Bir rəvayətə görə, həzrət Məsuməni (ə) də zəhərləyirlər, qəm-qüssə və yaxud zəhər nəticəsində xəstələnib, Xorasana getməkdən aciz qalır.  QUM ŞƏHƏRİNƏ GƏLİŞİ  : O həzrət Xorasana gedə bilmədiyini gördükdə soruşur: “Savədən Quma nə qədər yol vardır?” Yolun məsafəsindən xəbər tutduqda buyurur: “Məni Quma aparın, çünki atamdan eşitmişəm ki, Qum şəhəri bizim şiələrimizin mərkəzidir.” Şəhərin ağsaqqalları və alimləri bu sevindirici xəbəri eşitdikdə, o həzrətin pişvazına çıxırlar. Əşəri qəbiləsinin rəisi Musa ibn Xəzrəc o həzrətin dəvəsinin cilovunu tutur və çoxları da Xanımın əyləşdiyi kəcavənin ətrafına toplaşırlar. Həzrət Məsumə (ə) 201-ci hicri-qəməri ilində, təqribən Rəbiül-əvvəl ayının 23-də müqəddəs Qum şəhərinə daxil olur. Ondan sonra “Mir” meydanında Musa ibn Xəzrəcin evinin qapısı qarşısında kəcavədən enib, onun qonağı olur. O həzrət bu şəhərdə 17 gün qalır və bu müddət ərzində ibadətlə məşğul olur. O həzrətin ibadət etdiyi yerdə bu gün “Beytün-nur” adı ilə məşhur bir mədrəsə yerləşir və hal-hazırda ziyarətgah sayılır.    VƏFATI : Həzrət Fatimeyi-Məsumə (ə) (201-ci h.q ilində Rəbiüs-sani ayının 10-da qardaşı imam Rzanı (ə) görmədən, qərib ölkədə böyük qəm-qüssə ilə əbədiyyətə qovuşur.  Qum əhli onu dəfn etmək üçün “Babulan” bağına – bugünkü ziyarətgah yerinə aparırlar. Qəbir qazıldıqdan sonra camaat o həzrətin kimin əli ilə dəfn edilməsində çətinliyə düşürlər. Elə bu vaxt qiblə tərəfdən üzlərinə niqab çəkilmiş iki atlı sürətlə camaata yaxınlaşır. Cənazəyə namaz qıldıqdan sonra onlardan biri qəbrin içərisinə daxil olur, digəri isə Xanımın pak cəsədini götürüb ona verir. Hər ikisi Xanımın dəfn mərasimindən sonra heç kimlə danışmadan atlarına minib, oradan uzaqlaşırlar. Onların Allah-Taalanın iki “höccət”i sayılan imam Rza (ə) və imam Cavad (ə) olması ehtimalı verilir. (“Tarixi-Qum”, səh. 213.) Çünki şəriətə görə, məsum şəxs başqa bir məsumun vasitəsilə dəfn olunmalıdır.    Həzrət Məsumənin dəfnindən sonra Musa ibn Xəzrəc onun müqəddəs qəbrinin üstündə öz əlilə qamışdan toxunmuş həsirdən bir kölgəlik (çardaq) düzəldir.265-ci hicri-qəməri ilində imam Cavadın (ə) qızı Zeynəb onun qəbri üstündə ilk dəfə olaraq günbəz tikdirir. (“Məzaratu Əhlil-beyt”, səh. 200.) Beləliklə, həzrət Məsumənin (ə) müqəddəs qəbri vilayətsevər şiələrin ziyarətgahına çevrilir.

Ramazan ayının səhərləri, gün çıxan zaman oxunan Əbu Həmzən Sumali duasından.

İlahi, məni bəla ilə ədəbləndirmə, aldanıb tələyə düşməyə qoyma! Ya Rəbb, Səndən başqa xeyir mənşəyi yox ikən haradan xeyir umum? Səndən başqa nicat verən yox ikən haradan nicat umum? Ən xeyirxah kəs belə Sənin yardım və rəhmətindən güc alır. Günah edən də, əleyhinə çalışan da, naşükür olan da Sənin hökmranlığından kənar çıxa bilməz. Ya Rəbb! Ya Rəbb! Ya Rəbb!… (nəfəs çatanadək «Ya Rəbb!» deyilir).Səni mənə tanıdan Özünsən. Sənə tərəf yol göstərənim və çağıranım Özünsən. Sən olmasaydın Səni necə tanıyacaqdım?! Həmd olsun o Allaha ki, mən çağıranda cavab verir, O çağıranda isə mən cavab verməyə ərinirəm. Həmd olsun o Allaha ki, mən istəyəndə əta edir, O istəyəndə isə mən paxıllıq edirəm. Həmd olsun o Allaha ki, ehtiyacımı birbaşa Ona deyirəm, sirrimi birbaşa Onunla bölüşürəm, O da məni əliboş qaytarmır. Həmd olsun o Allaha ki, Ondan başqasının qapısına getmərəm, getsəm də istədiyimi ala bilmərəm. Həmd olsun o Allaha ki, Ondan başqasına ümid bağlamaram, bağlasam da ümidlərim puç olar. Həmd olsun o Allaha ki, məni Öz öhdəsinə götürüb əziz etdi, camaatın ümidinə buraxıb xar etmədi. Həmd olsun o Allaha ki, məni sevir, halbuki məndən bir asılacağı yoxdur. Həmd olsun o Allaha ki, mənimlə elə həlim davranır, sanki heç bircə günahım da yoxdur. Ona görə də yalnız Rəbbimi öyürəm və yalnız O öyməyimə layiqdir…