Həzrət İmam Əli (ə) buyurub:

“İndi mən elə bir şey söyləyəcəyəm ki, bu gündən öncə heç kəsə bunu
söyləməmişəm. Bir dəfə Hz. Peyğəmbərdən (s) istədim ki, mənimçün Allahdan bağışlanmaq diləsin. O həzrət də buyurdu ki, edərəm. Sonra da durub namaz qıldı. Əlini duaya qaldırarkən o həzrətin nə dediyini dinlədim. Bir də gördüm ki, o həzrət bu cür dua edir: “İlahi, Əlinin Sənin yanında olan haqqına (hörmətinə) xatir Əlini bağışla.» Mən də dedim: Ya Rəsuləllah! Bu nədir (bu nə cür duadır?) Həzrət Peyğəmbər (s) buyurdu: Məgər elə birisi varmıdır ki, Allah yanında səndən daha hörmətli olsun, mən də onun adını çəkərək Allahdan şəfaət və bağışlanmaq diləyəm!?”

(Nəhcul-Bəlağənin şərhi, cild 20, səh 316.)

https://t.me/seba_azeri313

Rəcəb ayının 13-ü, möminlər əmiri İmam Əlinin (ə.s) mövlud günüdür.O həzrət besətdən on il öncə, Rəcəb ayının 13-ü, Məkkə şəhərində cümə günü sübh çağı dünyaya gəlib. O həzrət Allahın əzəmətli evi sayılan Kəbədə dünyaya gəlir, pak nəsildən olan Əlinin mövludu pak məkanda baş tutur. Bu heç bir bəşər övladına nəsib olmayan bir hadisədir. O həzrət İslam peyğəmbəri həzrət Muhəmməddən (s) sonra ikinci ən fəzilətli və kamil insan hesab edilir. İmam Əlinin (ə.s) həyatı müxtəlif şəraitlərdə və müxtəlif cəhətlərdən bütün nəsillər üçün əbədi və unudulmaz bir dərsdir, istər fərdi işlərdə, istər ibadətdə, münacatda, istər zahidliyində, istər daim Allahı yada salmaqda, istər nəfslə, şeytanla və müxtəlif maddi istəklərlə mübarizədə. Əgər bəşər tarixində çox nadir olan Əli ibn Əbu Talib (ə.s) kimilər olmasaydılar, bu gün insani dəyərlər mövcud olmazdı, bu sözlər bəşəriyyətə gözə görünməzdi, bəşərin uca amal, məqsəd, mədəniyyət və sivilizasiyası olmazdı, bəşəriyyət vəhşi və yırtıcı bir heyvana çevrilərdi. Uca amalların qorunmasına görə bəşəriyyət İmam Əliyə (ə.s) və onun kimi uca insanlara borcludur. Muhəmməd Peyğəmbər (s) buyurub: “Ey mənim əshabım! Əli ibn Əbi Talibi (ə) sevdiyimə görə məni qınamayın! Çünki Əlini sevməyim Allahın əmridir və Allah mənə əmr edibdir Əlini sevim və onu (özümə) yaxın edim.” (Təfsiru Furat əl-Kufi, səh 598, hədis 860.)https://t.me/seba_azeri313الناره الله وردی یوا:Rəcəb ayının 13-ü, möminlər əmiri İmam Əlinin (ə.s) mövlud günüdür.O həzrət besətdən on il öncə, Rəcəb ayının 13-ü, Məkkə şəhərində cümə günü sübh çağı dünyaya gəlib. O həzrət Allahın əzəmətli evi sayılan Kəbədə dünyaya gəlir, pak nəsildən olan Əlinin mövludu pak məkanda baş tutur. Bu heç bir bəşər övladına nəsib olmayan bir hadisədir. O həzrət İslam peyğəmbəri həzrət Muhəmməddən (s) sonra ikinci ən fəzilətli və kamil insan hesab edilir. İmam Əlinin (ə.s) həyatı müxtəlif şəraitlərdə və müxtəlif cəhətlərdən bütün nəsillər üçün əbədi və unudulmaz bir dərsdir, istər fərdi işlərdə, istər ibadətdə, münacatda, istər zahidliyində, istər daim Allahı yada salmaqda, istər nəfslə, şeytanla və müxtəlif maddi istəklərlə mübarizədə. Əgər bəşər tarixində çox nadir olan Əli ibn Əbu Talib (ə.s) kimilər olmasaydılar, bu gün insani dəyərlər mövcud olmazdı, bu sözlər bəşəriyyətə gözə görünməzdi, bəşərin uca amal, məqsəd, mədəniyyət və sivilizasiyası olmazdı, bəşəriyyət vəhşi və yırtıcı bir heyvana çevrilərdi. Uca amalların qorunmasına görə bəşəriyyət İmam Əliyə (ə.s) və onun kimi uca insanlara borcludur. Muhəmməd Peyğəmbər (s) buyurub: “Ey mənim əshabım! Əli ibn Əbi Talibi (ə) sevdiyimə görə məni qınamayın! Çünki Əlini sevməyim Allahın əmridir və Allah mənə əmr edibdir Əlini sevim və onu (özümə) yaxın edim.” (Təfsiru Furat əl-Kufi, səh 598, hədis 860.)

#ImamEli

Mövludunuz mübarək!