Bu ay hicri ilinin ilk ayı olmasına və bu ayda döyüşlərin və müharibələrin haram edilməsinə baxmayaraq, faciəli Aşura günü bu ayda baş vermiş və peyğəmbər nəslinin kədərinə səbəb olub.Müsəlman ümmətinin tarixinə ən acı, lakin eyni zamanda insanlara qeyrət, qürur bəxş edən bir hadisə kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn (ə) həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət daşıyır. Belə ki, İmam Hüseyn əzadarlığında Haqqın bərpası və Ədalət uğrunda səfərbərlik hikməti var. İmam Hüseyn dinin saflığı uğrunda mübarizəsinin hər il yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür.
Bu ayın ilk iki həftəsində dünya müsəlmanları, eləcə də Azərbaycanlı inanclılar İmam Hüseynin (ə) şəhid edilməsi günlərini məscidlərə gedərək onun şəninə mərsiyələr, ilahilər deyərək yad edirdilər. Lakin bu il pandemiya səbəbindən məscidlər bağlıdır, kütləvi tədbirlərin keçirilməsi qadağandır və əzadarlıq yalnız fərdi şəkildə təşkil oluna bilər. Məhərrəm ayının ilk günü oruc tutmaq müstəhəbdir. Qəzası olmayanlar “məhərrəm ayının ilk gününün orucu” niyyəti ilə, qəzası olanlar isə qəza niyyəti ilə oruc tuta bilərlər.Habelə məhərrəm ayının ilk günündə də iki rükət namaz qılmaq müstəhəbdir. “Məhərrəm ayınını ilk günü” niyyəti ilə qılınan bu namazdan sonra 3 dəfə aşağıdakı dua oxunur: «Allahummə əntəl ilahul qədim və hazə sinnətun cədidətun fəəs-əlukə fiha əl-ismətu min şeytan vəl quvvətu əla hazihin nəfsəl əmmarətə bissu».“İlahi, sən əzəli və səxavətli Allahsan. Və bu, yeni ildir. Səndən istəyirəm ki, məni şeytandan qoruyub pisliyə çağıran nəfsim üzərində qalib edəsən”.Xəbərlər
Bu gün Xanım Zeynəbin (s.ə) vəfat günüdür
Hicri təqvimlə Rəcəb ayının 15-i Xanım Zeynəbin (s.ə) vəfat günüdür.Zeynəbi Kubra hicrətin 6-cı ilində Mədinə şəhərində dünyaya gəlib. Hz.Zeynəb(s.ə) İmam Əlinin(ə) və Hz.Fatimənin(s.ə) üçüncü övladı idi. Zeynəb ərəb dilində «atasının zinəti» deməkdir.Məlumata görə, bu adı ona babası Hz.Muhəmməd(s) qoyub. Xanım Zeynəb(s.ə) 5 yaşına qədər Peyğəmbərlə(s) bir dövrdə yaşayıb. Buna görə də bəzi alimlər onun səhabə olduğunu qeyd edirlər. Hər kəsə qarşı şəfqətli olan Hz.Peyğəmbər(s) ilk qız nəvəsini sevərək əzizləyər və «tövsiyə edirəm hamı bu qıza hörmət etsin, o, Xədiceyi Kubra kimidir» deyərmiş. Xanım Zeynəbin(s.ə) uşaqlıq və gənclik dövrü müqəddəs Əhli Beyt(ə) ailəsində keçir və yetkilnik yaşına çatdıqda o, İmam Əlinin(ə) qardaşı oğlu Abdullah ibn Cəfərlə ailə həyatı qurur. Qeyd edək ki, tarixi mənbələrə görə, Xanım Zeynəbin(s.ə) həyat yoldaşı Abdullah ərəblər arasında ən dövlətli insanlardan biri olub. Müxtəlif mənbələrdə Abdullahın və həyat yoldaşının böyük səxavətləri haqqında məlumatlar yer alıb.Və nəhayət hicrətin 40-cı ili. Hz.Əli(ə) Kufədə şəhid olarkən Xanım Zeynəbin(s.ə) 35 yaşı vardı. Bu təqvimdən sonra onsuz da çətinliklərlə, münafiqlərin təzyiqləri altında yaşayan Peyğəmbər(s) ailəsinin vəziyyəti bir qədər də pisləşir. İmam Həsənin(ə) və İmam Hüseynin(ə) dövründə Hz.Zeynəb(s.ə) hər zaman qardaşlarının yanında olur, onların qarşılaşdığı çətinlikləri bölüşürdü. Hicrətin 61-ci ilində — İmam Hüseyn(ə) Mədinəni birdəfəlik tərk edəndə onunla birlikdə Hz.Zeynəb(s.ə) də vardı…Artıq o vaxt idi ki, Muhəmmədin(s) reyhanı İmam Hüseynin(ə) bir zamanlar oxşanıb, əzizləndiyi peyğəmbər şəhəri Mədinədə qalmağa yeri yoxdu. Mədinənin qapı-pəncərələri, küçə və dalanları, yeri, göyü və hətta daşları ağlayaraq bütün dövrlərin ən böyük şəhidini yola salırdı. Bu şəhər onun babası, atası, anası, qardaşı, özü və ailəsindən yalnız lütf və mərhəmət görmüşdü. Ölümə gedən karvanda iki oğlu ilə birlikdə, yaşı artıq 50-ni ötmüş Hz.Zeynəb(s.ə) də vardı.Qeyd etmək lazımdır ki, Kərbəla şəhidlərinə ilk dəfə əza saxlayan da Xanım Zenyəb(s.ə) olub. İlk dəfə Əhli-Beyt(ə) ailəsinin sağ qalanlarını bir araya gətirib Kərbəla çölündə şəhidlərə məclis quran Xanım Zeynəb(s.ə) idi. Bununla da müsəlmanların 1400 ilə yaxındır davam edən Aşura məktəbinin əsası qoyulurdu.Həzrət Zeynəb (sə) İmam Hüseynin (ə) şəhadətindən bir il sonra — hicrətin 62-ci ilində Şamda vəfat edib
Xanım Fatimeyi-Zəhra (s.ə.) Imam Sadiqin (ə) kəlamında
Müfəzzəl ibn Ömər nəql edir ki, imam Sadiqdən: “Xanım Fatimeyi-Zəhra (s.ə.) necə dünyaya gəldi?” – deyə soruşduqda, o həzrət belə buyurdu: “Xədicə (s.ə.) Peyğəmbərlə (s) evləndikdən sonra Məkkə qadınları onunla əlaqəni kəsdilər. Heç kim onun yanına getmir, ona salam vermir və hətta qadınlara onunla əlaqə saxlamaq qadağan edilmişdi.
Peyğəmbərin (s) həyat yoldaşı onların bu rəftarından narahat olurdu. Nəhayət, Fatiməyə (s.ə.) hamilə olduğu zaman anasının bətnində onun qəm-qüssəsinə şərik oldu, Fatimə (anasının bətnində ikən) anası ilə danışır, onu səbir və təmkinli olmağa dəvət edirdi. O, anasının yeganə həmdəmi idi. Xədicə (s.ə.) övladı ilə danışdığını Peyğəmbərdən (s.ə.) gizlətsə də, bir gün Həzrət otağa daxil olanda Xədicənin (s.ə.) öz bətnindəki övladı ilə danışdığını gördü. Xədicə (s.ə.) Peyğəmbərin (s): “Səninlə danışan kim idi?” – sualına belə cavab verdi: “Bətnimdəki uşaq!” Peyğəmbər (s) buyurdu: “Cəbrail mənə xəbər verib ki, bu körpə, qızdır, özü də pak və mübarəkdir. Allah-Taala nəslimi onun vasitəsilə davam etdirəcək. Bu ümmətin rəhbərləri onun nəslindən vücuda gələcək və onlar vəhy kəsildikdən sonra Allahın yer üzündə xəlifələri olacaq.”
(“Biharul-ənvar”, c.16, səh.79. )
🇵🇸 Böyük güclər əbədi deyillər
Məgər Fələstin məsələsi və bu müsəlman torpaqlarının işğalı yarım əsr öncədən bu günə qədər dəyişilmişdir?! Məgər tarixi və coğrafi həqiqətlər əvəz olunasıdır?! Fələstin Fələstindir, İslam torpağıdır, öz xalqına və millətinə məxsusdur. Bir düşmən gəlib sizin evinizi ələ keçirsin, sonra zorla sizdən istəsin ki, bu işğalı imzalayın; bundan üstün zillət varmı?! Bizim İsrail qarşısındakı mövqeyimiz həmişəki mövqedir. İsrail regionda bədxassəli bir xərçəng vəzisidir. Bu kəsilməli və kökündən qoparılmalıdır. Amerika gücünün İsraili müdafiə etməsinə baxıb bu işi qeyri-mümkün hesab edən yaxıngörənlərin təsəvvürünün əksinə, bu iş qeyri-mümkün deyil. Bu mümkündür və olacaq. Böyük güclər əbədi deyillər. Maddi qüvvələr bir gün vardırlar, bir gün yoxdurlar. Dünən dünyada Sovet Sosialist Respublikaları İttifaqı adlı bir qüvvə vardı, amma bu gün yoxdur. Tarixin təcrübə səhnəsi bizim gözümüz önündədir._Ayətullah Xamenei, Fələstin, səh.24_
Şiə alimlərinin nəzərinə əsasən Həzrət Rəsulullah Məhəmməd ibn Abdullahın (sallallahu əleyhi və alih) mövlud günüdür. Məşhur budur ki, Həzrət Məkkədə öz evində cümə günü günəş doğan zaman Ammul-fil ilində dünyaya gəlmişdir.83 hicri-qəməri ilinin belə bir günündə İmam Sadiq əleyhissəlamın da mövludu olmuşdur. Bu da günün daha da fəzilətli və şərafətli olmasına əlavə səbəbdir
Bismilləhir-Rahmənir-RahimRəbiul-əvvəl ayının 17-ci gününün əməlləri:Şiə alimlərinin nəzərinə əsasən Həzrət Rəsulullah Məhəmməd ibn Abdullahın (sallallahu əleyhi və alih) mövlud günüdür. Məşhur budur ki, Həzrət Məkkədə öz evində cümə günü Günəş doğan zaman Ammul-fil ilində dünyaya gəlmişdir.83 hicri-qəməri ilinin belə bir günündə İmam Sadiq əleyhissəlamın da mövludu olmuşdur. Bu da günün daha da fəzilətli və şərafətli olmasına əlavə səbəbdir.Bu gün bir neçə əməldən ibarətdir:1. Qüsl almaq2. Oruc tutmaq çoxlu fəzilətə malikdir. Bu günün orucunun bir illik orucun savabı vardır. Bu gün, il boyu orucu ilə seçilən dörd gündən biridir.3. Peyğəmbəri istər uzaqdan, istərsə də yaxından ziyarət etmək.4. Əmirəl-möminin Əli əleyhissəlamı və İmam Sadiq əleyhissəlamı ziyarət etmək.5. Gün açılan kimi, iki rükət namaz qılmaq. Hər rükətdə “Həmd”dən sonra on dəfə “Qədr” və on dəfə “İxlas” surələrini oxumaq lazımdır və salamları verdikdən sonra öz namaz qıldığı yerdə əyləşib, bu duanı oxusun: “Əllahummə əntə həyyun la təmutu…”. Çox geniş bir duadır. Bu duanın sənədini məsuma yetişdiyinə yəqinimiz olmadığı üçün və ixtisara riayət edərək onu burada gətirmirik. İstəyənlər “Zadul-məad” kitabına müraciət edə bilərlər.6. Müsəlmanlar bu günə hörmət etsinlər və çoxlu sədəqə versinlər. Möminləri sevindirsinlər və məsumların ziyarətinə getsinlər.
İmam Əli (ə) bir sıra üstünlüklərə malik olmasına baxmayaraq, yalnız şəhadət astanasında olduğu vaxt izzətə çatdığını bildirir. O həzrət ilk iman gətirmiş, təhlükəli məqamda Peyğəmbərin (ə) yerində yatmış kəs idi.Yalnız Peyğəmbərin (ə) qardaş adlandırdığı İmam Əlinin (ə) qapısı Peyğəmbər (ə) məscidinə açılırdı. O, imamların atası, həzrət Zəhranın (ə) əri idi.Əli (ə) bütsındıran idi. Onun Xəndək döyüşündə vurduğu zərbə Səqəleynin ibadətindən üstün sayılmışdı. Amma sadalanan məqamların heç birində izzətə çatdığını bildirməmişdi.https://t.me/seba_azeri313
Imam Huseyn (ə) haqqında qısa məlumatİMAM HÜSEYN (ƏLEYHİSSALAM)Ləqəbləri: Seyyidüş-şühəda, Rəşid, Təyyib, Vəfiyy, Zəkiyy, Seyyid, Səid, Mübarək, Sibtüs-sani, Əttabiu-limərzatillah, Əşşəhidu bi-Kərbəla, Əddəlilu əla zatillah, Əl-imamus-salis.Künyəsi: Əbu Əbdillah.Atası: Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhissalam).Anası: Fatimeyi Zəhra (salamullahi əleyha).Doğulduğu gün: 3 Şəban.Doğulduğu yer: Mədineyi-Münəvvərə.Doğulduğu il: Hicrətdən 3 il sonra.Şəhid olduğu gün: Məhərrəmin onu, cümə günü.Şəhid olduğu il: 61-ci hicri ili.Ömrü: 58 il.Şəhadət səbəbi: Yezid ibn Müaviyənin hökmü ilə öz əhli-beyti ilə birlikdə şəhadətə çatmışdır.Dəfn olunduğu yer: Müqəddəs Kərbəla şəhəri.Övladlarının sayı: 6 (4 oğlan, 2 qız).Oğlanları:1. Əli Əkbər.2. Əliyyi Övsət (İmam Zeynül-Abidin əleyhissalam).3. Cəfər.4. Əbdüllah.Qızları:1. Səkinə.2. Fatimə.İmamın nəsli oğlu Zeynəl-Abidindən (əleyhissalam) davam etmişdir. Əli Əkbər atası ilə birlikdə Kərbəlada şəhid olmuş və o Həzrətin yanında dəfn edilmişdir. Cəfər (anası Qusaiyyədir) atasının sağlığında vəfat etmiş, Mədineyi-Münəvvərədə dəfn olunmuşdur. Əbdüllah isə uşaqlıq çağında (6 aylıq) atasının qucağında şəhid edilmişdir. Ona Əli Əsğər də deyilir.https://t.me/seba_azeri313
İmam HUSEYNİN (ə) ziyarətnaməsiالسَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ أَمِيرِ الْمُؤْمِنِينَ السَّلامُ عَلَيْكَ يَا ابْنَ سَيِّدَةِ نِسَاءِ الْعَالَمِينَ أَشْهَدُ أَنَّكَ أَقَمْتَ الصَّلاةَ وَ آتَيْتَ الزَّكَاةَ وَ أَمَرْتَ بِالْمَعْرُوفِ وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ وَ عَبَدْتَ اللَّهَ مُخْلِصا وَ جَاهَدْتَ فِي اللَّهِ حَقَّ جِهَادِهِ حَتَّى أَتَاكَ الْيَقِينُ فَعَلَيْكَ السَّلامُ مِنِّي مَا بَقِيتُ وَ بَقِيَ اللَّيْلُ وَ النَّهَارُ وَ عَلَى آلِ بَيْتِكَ الطَّيِّبِينَ الطَّاهِرِينَ أَنَا يَا مَوْلايَ مَوْلًى لَكَ وَ لِآلِ بَيْتِكَ سِلْمٌ لِمَنْ سَالَمَكُمْ وَ حَرْبٌ لِمَنْ حَارَبَكُمْ مُؤْمِنٌ بِسِرِّكُمْ وَ جَهْرِكُمْ وَ ظَاهِرِكُمْ وَ بَاطِنِكُمْ لَعَنَ اللَّهُ أَعْدَاءَكُمْ مِنَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ وَ أَنَا أَبْرَأُ إِلَى اللَّهِ تَعَالَى مِنْهُمْ يَا مَوْلايَ يَا أَبَا مُحَمَّدٍ يَا مَوْلايَ يَا أَبَا عَبْدِ اللَّهِ هَذَا يَوْمُ الْإِثْنَيْنِ وَ هُوَ يَوْمُكُمَا وَ بِاسْمِكُمَا وَ أَنَا فِيهِ ضَيْفُكُمَا فَأَضِيفَانِي وَ أَحْسِنَا ضِيَافَتِي فَنِعْمَ مَنِ اسْتُضِيفَ بِهِ أَنْتُمَا وَ أَنَا فِيهِ مِنْ جِوَارِكُمَا فَأَجِيرَانِي فَاِنَّكُمَا مَأْمُورَانِ بِالضِّيَافَةِ وَ الْإِجَارَةِ فَصَلَّى اللَّهُ عَلَيْكُمَا وَ آلِكُمَا الطَّيِّبِينَ Transkripsiya:Əssəlamu ələykə yəbnə rə-sulillah, əssəlamu ələykə yəbnə Əmiril mu`mini, əssəlamu ələykə yəbnə cəyyidəti nisail aləmin, əşhədu ənnəkə əqəmtəs səlatə və atəytəz zəkatə və əmərtə bil mə`rufi və nəhəytə ənil munkər, və əbədtəllahə muxlisa, və cahədtə fillahi həq-qə cihadihi hətta ətakəl yəqin, fəələykəs səlamu minni ma bəqiytu və bəqiyəl ləylu vən nəhar, və əla ali bəytikət təyyibinət tahirin, ənə ya məvlayə məvlən ləkə və liali bəytik, silmun limən saləmə-kum və hərbun limən harə-bəkum, mu`minun bisirrikum və cəhrikum və zahirikum və batinikum, ləənəllahu ə`daə-kum minəl əvvəlinə vəl axirin, və ənə əbrəu iləllahi təala min-hum, ya məvlaya, ya Əba Muhəmməd, ya mövlaya ya Əba Əbdillah, haza yəvmul isnəyni və huvə yəvmukuma, və bismikuma və ənə fihi zəyfukuma, fəəzifani və əhsina ziyafəti, fəni`mə mənistuzifə bihi əntuma, və ənə fihi min civarikuma, fəəcirani fəinnə-kuma mə`murani biz ziyafəti vəl icarəh, fəsəlləllahu ələyku-ma və alikumət təyyibin.Tərcümə:Salam olsun sənə, ey Rəsulullahın oğlu! Salam olsun sənə, ey Əmirəlmömininin oğlu! Salam olsun sənə, ey aləmlərin qadınlarının sərvərinin oğlu! Şəhadət verirəm ki, həqiqətən, sən namazı bərpa etdin, zəkat verdin, yaxşılığa əmr etdin, pislikdən çəkindirdin, Allaha ixlasla ibadət etdin, Allah yolunda layiqincə mübarizə apardın və nəhayət, “yəqin” (şəhadət) məqamına çatdın. Belə isə, mən yaşadığım və gecə-gündüz olduğu vaxta qədər mənim salamım olsun sənə və sənin pak-pakizə ailənə! Ey mənim sərvərim, mən səni və ailəni sevir, sənə təslim olana təsliməm və döyüşənlə döyüşdəyəm. Aşkar və gizli, zahiri və batini işlərinizə iman gətirmişəm. Allah sizin birinci və sonuncu (bütün) düşmənlərinizə lənət etsin. Mən uca Allahın dərgahında sizin düşmənlərinizə nifrət edirəm. Ey mənim sərvərim, ey Əbu Məhəmməd! Ey mənim sərvərim, et Əbu Əbdillah! Bu gün bazar ertəsidir. O, sənin günün və sənin adınadır. Mən həmin gün sənin qonağınam, məni qonaqlığa qəbul et ki, siz qonaqpərvərlərin ən yaxşısısınız. Mən bu gün sizə sığınıram. Mənə sığınacaq verin ki, siz Allah tərəfindən qonaqlıq və sığınacaq verməyə məmursunuz. Belə isə, Allahın salamı olsun sizə və sizin pak ailənizə!
Azərbaycanda Ramazan ayı başladı:
İslam dininə görə, Ramazan ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın”.
Ramazan ayının xüsusi təqviminə görə, ilk Qədr (Əhya) gecəsi aprelin 9-u olacaq. Digər Qədr gecələri isə aprelin 11-i, 13-ü və 17-nə təsadüf edəcək.Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.Qeyd edək ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.
Ramazan təqviminə əsasən, martın 23-də imsak vaxtı saat 05:14-də, iftar vaxtı isə saat 19:09-dadır.
Martın 23-ü üçün namaz vaxtları:
Sübh azanı 05:19
Zöhr azanı12:47
Əsr azanı17:07
Məğrib azanı19:09
İşa azanı20:11
Birinci günün imsak vaxtı üçün duasını təqdim edirik:
“Allahumməc’əl siyami (fihi) siyaməs-saimin və qiyami (fihi) qiyaməl-qaimin və nəbbihni fihi ən naumətil-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin və’fu ənni ya a’fiyən ənil-mucrimin!”.
Tərcüməsi:
“Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et, mənim bu aydakı gecə oyaqlıqlarımı (yaхud namazlarımı) həqiqi oyaqların oyaqlıqlarından (yaхud həqiqi namaz qılanların namazlarından) et, məni bu ayda qafillərin yuхusundan oyat, bu ayda günahımı bağışla, ey aləmdəkilərin məbudu, məni bu ayda əfv et, ey günahkarları əfv edən!”.
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.
Bir gündə 18 əzizini itirən Xanım Zeynəb(s.ə) dəyanətinin sirri
Demişlər ki, Aşurada və Kərbəla hadisəsində qan xəncərə qalib oldu. Həqiqətən belədir və bu qələbənin səbəbkarı həzrət Zeynəbdir. Əks təqdirdə, qan Kərbəlada bitdi; Aşura meydanında haqq qüvvələrinin zahiri məğlubiyyəti ilə qanlı toqquşma başa çatdı. Bu zahiri hərbi məğlubiyyətin qəti və daimi bir qələbəyə çevirlməsinə səbəb olan amil Zeynəb-Kübranın missiyası, üzərinə götürdüyü rol idi. Bu çox mühüm məsələdir. Bu hadisə göstərdi ki, qadın tarixi hadisələrdə kənar və ikinci dərəcəli qüvvə deyil, mühüm tarixi hadisələrin içindədir. Quran da çoxlu yerlərdə bu məsələyə toxunur. Lakin bu, yaxın tarixə aiddir, canlı və hiss olunan bir hadisədir, keçmiş ümmətlərə aid deyil. Burada Zeynəb-Kübra çox əzəmətli şəkildə müşahidə olunur. Onun fəaliyyəti nəticəsində döyüşdə qalib gəlib müxaliflərini qılıncdan keçirən və qələbə taxtında əyləşən düşmən öz iqamətgahında, şah sarayında təhqir edildi, rəzil oldu. Zeynəb onun alnına əbədi həqarət damğası vurdu və qələbəsini məğlubiyyətə çevirdi. Bu, Zeynəb-Kübranın roludur. Zeynəb göstərdi ki, qadın hicabını və iffətini mübarizə şərəfinə və böyük bir cihada çevirmək olar.Zeynəb-Kübranın bizə çatan sözləri onun hərəkətinin əzəmətini göstərir. Zeynəb-Kübranın Kufə bazarındakı unudulmaz çıxışı adi söhbət, böyük bir şəxsiyyətin adi fikir bildirməsi deyil. O dövrdə İslam cəmiyyətinin vəziyyətinə dair ən gözəl sözlərlə bəyan olunmuş ən dərin məzmunlu, zəngin və möhtəşəm bir təhlildir. Şəxsiyyətin gücünə baxın. Bu şəxsiyyət nə qədər güclüdür.
https://t.me/seba_azeri313