İlahi, məni bəla ilə ədəbləndirmə, aldanıb tələyə düşməyə qoyma! Ya Rəbb, Səndən başqa xeyir mənşəyi yox ikən haradan xeyir umum? Səndən başqa nicat verən yox ikən haradan nicat umum? Ən xeyirxah kəs belə Sənin yardım və rəhmətindən güc alır. Günah edən də, əleyhinə çalışan da, naşükür olan da Sənin hökmranlığından kənar çıxa bilməz. Ya Rəbb! Ya Rəbb! Ya Rəbb!… (nəfəs çatanadək «Ya Rəbb!» deyilir).Səni mənə tanıdan Özünsən. Sənə tərəf yol göstərənim və çağıranım Özünsən. Sən olmasaydın Səni necə tanıyacaqdım?! Həmd olsun o Allaha ki, mən çağıranda cavab verir, O çağıranda isə mən cavab verməyə ərinirəm. Həmd olsun o Allaha ki, mən istəyəndə əta edir, O istəyəndə isə mən paxıllıq edirəm. Həmd olsun o Allaha ki, ehtiyacımı birbaşa Ona deyirəm, sirrimi birbaşa Onunla bölüşürəm, O da məni əliboş qaytarmır. Həmd olsun o Allaha ki, Ondan başqasının qapısına getmərəm, getsəm də istədiyimi ala bilmərəm. Həmd olsun o Allaha ki, Ondan başqasına ümid bağlamaram, bağlasam da ümidlərim puç olar. Həmd olsun o Allaha ki, məni Öz öhdəsinə götürüb əziz etdi, camaatın ümidinə buraxıb xar etmədi. Həmd olsun o Allaha ki, məni sevir, halbuki məndən bir asılacağı yoxdur. Həmd olsun o Allaha ki, mənimlə elə həlim davranır, sanki heç bircə günahım da yoxdur. Ona görə də yalnız Rəbbimi öyürəm və yalnız O öyməyimə layiqdir…
Месяц: Март 2023
Ramazan ayının ikinci gününün imsak, iftar və namaz vaxtları
Ramazan təqviminə əsasən, martın 24-də imsak vaxtı saat 05:18-də, iftar vaxtı isə 19:10-dur.
Martın 24-ü üçün namaz vaxtları:
Sübh azanı05:18
Zöhr azanı12:47
Əsr azanı17:08
Məğrib azanı19:10
İşa azanı20:12
İkinci günün imsak vaxtı üçün duasını təqdim edirik:“
Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin”.
Tərcüməsi: “İlahi, məni bu ayda öz rizana yaxınlaşdır, qəzəbindən və intiqamından bu ay məni uzaq et. Ey rəhimlilərin rəhimlisi, məni bu ayda öz ayələrini oxumağa müvəffəq et! Amin!”
İftar duası:“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.Allah orucunuzu qəbul eləsin!
Azərbaycanda Ramazan ayı başladı:
İslam dininə görə, Ramazan ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın”.
Ramazan ayının xüsusi təqviminə görə, ilk Qədr (Əhya) gecəsi aprelin 9-u olacaq. Digər Qədr gecələri isə aprelin 11-i, 13-ü və 17-nə təsadüf edəcək.Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.Qeyd edək ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.
Ramazan təqviminə əsasən, martın 23-də imsak vaxtı saat 05:14-də, iftar vaxtı isə saat 19:09-dadır.
Martın 23-ü üçün namaz vaxtları:
Sübh azanı 05:19
Zöhr azanı12:47
Əsr azanı17:07
Məğrib azanı19:09
İşa azanı20:11
Birinci günün imsak vaxtı üçün duasını təqdim edirik:
“Allahumməc’əl siyami (fihi) siyaməs-saimin və qiyami (fihi) qiyaməl-qaimin və nəbbihni fihi ən naumətil-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin və’fu ənni ya a’fiyən ənil-mucrimin!”.
Tərcüməsi:
“Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et, mənim bu aydakı gecə oyaqlıqlarımı (yaхud namazlarımı) həqiqi oyaqların oyaqlıqlarından (yaхud həqiqi namaz qılanların namazlarından) et, məni bu ayda qafillərin yuхusundan oyat, bu ayda günahımı bağışla, ey aləmdəkilərin məbudu, məni bu ayda əfv et, ey günahkarları əfv edən!”.
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.