İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətə nəzər yetirək:

İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətə nəzər yetirək:سَتَخلو كوفَةُ مِنَ المُؤمِنينَ، ويَأرِزُ عَنهَا العِلمُ كَما تأرِزُ الحَيَّةُ في جُحرِها، ثُمَّ يَظهَرُ العِلمُ بِبَلدَةٍ يُقالُ لَها قُمُ، وتَصيرُ مَعدِنًا لِلعِلمِ وَالفَضلِ… وذلِكَ عِندَ قُربِ ظُهورِ قائِمِنا، فَيَجعَلُ اللّهُ قُمَّ وأهلَهُ قائِمينَ مَقامَ الحُجَّةِ، ولَولا ذلِكَ لَساخَتِ الأَرضُ بِأَهلِها، ولَم يَبقَ فِي الأَرضِ حُجَّةٌ، فَيَفيضُ العِلمُ مِنهُ إلى سائِرِ البِلادِ فِي المَشرِقِ وَالمَغرِبِ، فَيَتِمُّ حُجَّةُ اللّهِ عَلَى الخَلقِ حَتّى لا يَبقى أحَدٌ عَلَى الأَرضِ لَم يَبلُغ إلَيهِ الدّينُ وَالعِلمُ، ثُمَّ يَظهَرُ القائِمُ.“Tezliklə Kufə möminsiz qalar və elm büsatı ilan yuvasına qısıldığı kimi çəkilər. Sonra elmin qapısı Qum şəhərindən açılar, ora elm və fəzilət ocağına çevrilər… Bunlar bizim Qaimimizin zühuruna yaxın vaxtda baş verəcək və Allah Qum və əhalisini Höccətin (İmam Məhdi) canişinləri edəcək. Bu olmasaydı, şübhəsiz, yer üzü əhlini udar və “dəlil” sona yetərdi. Elm və bilik Qumdan dünyanın şərq və qərbinə axacaq, bununla da, Allah dəlil nişanələrini başa vuracaq və hətta yer üzündə din və elmin çatmadığı bir yer qalmayacaq. O zaman Qaim (ə) zühur edəcək.”(“Biharul-ənvar”, c.60, səh.213, hədis 23.)

23 rəbiüləvvəl – Həzrət Məsumənin (s.ə) Quma gəlişi

Həzrət Məsumənin (s) Quma gəlişi haqqında tarixi mənbələr yazır ki, bu gəlişin obyektiv səbəbləri vardı. İmam Kazim (ə) həbsə alınan zaman oğlu İmam Rizaya (ə) vəsiyyət etdi ki, qızların himayəsini öz üzərinə götürsün. Qızlarına da vəsiyyət etdi ki, qardaşları həzrət Rizaya (ə) itaət etsinlər. Hicri-qəməri 183-cü ildə imam Musa-Kazim (ə) şəhadətə çatan zaman xanım Məsumənin (s) on yaşı vardı. O acı uşaqlıq dövrü keçirmişdi. Qardaşının himayəsində yaşayan xanım Məsumə (s) imam Rizanın (ə) Xorasana məcburi səfərindən sonra bir il Mədinədə yaşadı. Xanım iztirab içində idi, heç vəchlə sakitləşə bilmirdi. Qardaşını görmək istəyi ilə Mədinədən Xorasana uzun səfərə qərar verdi. Yaxınları ilə birlikdə səfərə çıxdı. Qardaşını görmək arzusu ilə alışıb-yanan xanım yol arası Savədə xəstələndi.Bəziləri xanımın xəstəliyi haqqında yazırlar ki, Savə əhli o zaman Peyğəmbər ailəsinə düşmən idi və bu səbəbdən xanımın karvanını görəndə ona hücum etdilər. Bu döyüşdə xanım Məsumənin (s) qardaşları və qardaşı oğlanları şəhadətə çatdı. Xanım Məsumə (s) 23 yaralı cəsədi görüb eynən bibisi Zeynəb kimi qəm-qüssəyə qərq oldu. Bu qəm-qüssə xəstəliyə səbəb oldu. Xanım bu vəziyyətdə Quma gəldi, Qumda vəziyyəti daha da ağırlaşdı. 16-17 gündən sonra dünyasını dəyişdi.Başqa bir rəvayətdə bildirilir ki, Harun ibn Musa ibn Cəfər bacısı həzrət Məsumə (s) də daxil olmaqla 23 nəfərlə bir karvanda Savəyə daxil oldu. Əhli-beyt düşmənləri süfrə başına yığışmış müsafirlərə hücum etdilər. Əvvəlcə Harunu şəhadətə çatdırdılar. Karvanın digər üzvləri yaralandı, pərən-pərən düşdü. Nəql olunur ki, xanım Məsumənin (s) xörəyinə zəhər qatdılar. Xanım ağır vəziyyətdə yatağa düşdü və çox çəkmədi ki, Qumda şəhadətə çatdı. Bəziləri nəql edir ki, xanımı Savədə bir qadın zəhərləyib.Xanım Fatimənin (s) gəlişi xəbəri Ali-Sədə çatdı. Xanımın istiqbalına gedib, onu Quma dəvət etdilər. Bu toplum arasında Musa ibn Xəzrəc adlı biri xanımın karvanına çatıb, onun dəvəsinin cilovundan tutdu və Quma doğru hərəkət etməyə başladı. Bu şəxs xanımı öz evində böyük hörmətlə qəbul etdi. 16-17 gün bu evdə ağır xəstəlik keçirən xanım Məsumə (s) dünyasını dəyişdi. Ali-Səd övladları xanıma əza məclisi qurdular

Şiə alimlərinin nəzərinə əsasən Həzrət Rəsulullah Məhəmməd ibn Abdullahın (sallallahu əleyhi və alih) mövlud günüdür. Məşhur budur ki, Həzrət Məkkədə öz evində cümə günü günəş doğan zaman Ammul-fil ilində dünyaya gəlmişdir.83 hicri-qəməri ilinin belə bir günündə İmam Sadiq əleyhissəlamın da mövludu olmuşdur. Bu da günün daha da fəzilətli və şərafətli olmasına əlavə səbəbdir

Bismilləhir-Rahmənir-RahimRəbiul-əvvəl ayının 17-ci gününün əməlləri:Şiə alimlərinin nəzərinə əsasən Həzrət Rəsulullah Məhəmməd ibn Abdullahın (sallallahu əleyhi və alih) mövlud günüdür. Məşhur budur ki, Həzrət Məkkədə öz evində cümə günü Günəş doğan zaman Ammul-fil ilində dünyaya gəlmişdir.83 hicri-qəməri ilinin belə bir günündə İmam Sadiq əleyhissəlamın da mövludu olmuşdur. Bu da günün daha da fəzilətli və şərafətli olmasına əlavə səbəbdir.Bu gün bir neçə əməldən ibarətdir:1. Qüsl almaq2. Oruc tutmaq çoxlu fəzilətə malikdir. Bu günün orucunun bir illik orucun savabı vardır. Bu gün, il boyu orucu ilə seçilən dörd gündən biridir.3. Peyğəmbəri istər uzaqdan, istərsə də yaxından ziyarət etmək.4. Əmirəl-möminin Əli əleyhissəlamı və İmam Sadiq əleyhissəlamı ziyarət etmək.5. Gün açılan kimi, iki rükət namaz qılmaq. Hər rükətdə “Həmd”dən sonra on dəfə “Qədr” və on dəfə “İxlas” surələrini oxumaq lazımdır və salamları verdikdən sonra öz namaz qıldığı yerdə əyləşib, bu duanı oxusun: “Əllahummə əntə həyyun la təmutu…”. Çox geniş bir duadır. Bu duanın sənədini məsuma yetişdiyinə yəqinimiz olmadığı üçün və ixtisara riayət edərək onu burada gətirmirik. İstəyənlər “Zadul-məad” kitabına müraciət edə bilərlər.6. Müsəlmanlar bu günə hörmət etsinlər və çoxlu sədəqə versinlər. Möminləri sevindirsinlər və məsumların ziyarətinə getsinlər.

Bu gün Məhəmməd(s) peyğəmbərin mübarək mövlud günüdürBəşəriyyətin əşrəfi Həzrət Məhəmmədin(s) mübarək mövlud günü münasibəti ilə bütün dünya müsəlmanlarını təbrik edirik!Bu gün Allahın bəşəriyyət üçün göndərdiyi peyğəmbərin sonuncusu,ilahi təlimlərin ən kamilini  insanlara çatdıran, yaradılışın ən üstünü olan Həzrəti Məhəmmədin (s) mübarək mövlud günüdür.Bu gün bütün İslam aləmi üçün ən əziz bayramlardan biridir.Allahın rəsulu Məhəmməd ibn Abdullah (s)miladi 570-ci ildə rəbbiül əvvəl ayının 17-də Məkkə şəhərində Qureyş tayfasının rəhbəri Əbdülmuttəlibin oğlu Abdullahın ailəsində dünyaya gəlib. Atası Abdullah Bəni-Zöhrə tayfasının başçısı Vəhəbin qızı Aminə ilə ailə həyatı qurduqdan bir neçə ay sonra ticarət səfərlərindən birində vəfat edir. Həzrət peyğəmbər hələ körpə ikən Bəni-Səd qəbiləsindən olan Həlimə adlı qadının yanında olan zaman anası dünyadan köçür, babası Əbdülmüttəlib onu himayəsinə götürür. Səkkiz yaşında ikən babası da vəfat etdikdən sonra Məhəmməd (s.ə.s) əmisi Əbu Talibin himayəsində yaşayır. 25 yaşında ikən Qüreyşin varlı qadınlarından olan Xədicənin ticarət karvanına rəhbərlik etməyə başlayır və bir müddət sonra onunla evlənir.Peyğəmbərin (s) bütün həyatı bəşəriyyət üçün həm fərdi, həm ictimai, həm də siyasi cəhətdən bir dərsdir — «Əfv və bağışlamağı əsas götürür və yaxşı işlərə rəğbətləndirir» («Əraf» 199). «Onların səhvlərini bağışla, xoş üzlü və dözümlü ol ki, Allah bağışlayan və xeyirxah insanları dost tutur» («Maidə» 13).Peyğəmbər onun haqqını tapdalayanların fərdi hüquqlarında cəza və tənbehə yol verməzdi. «O, kimsədən öz şəxsi haqqına görə intiqam almazdı. Bütün xəta edənləri bağışlayardı» («Bihar» 66). Bu hadisələr zamanı peyğəmbər cəmiyyətə rəhbər idi, O, müxtəlif fikirli insanların – müşriklərin, kitab əhlinin mövqelərinə dözər, hətta müəyyən zamanadək onlara öz fikirlərinin təbliği üçün imkan verərdi. Ən qatı düşmənlərini belə gələndə bağışlayardı

Peyğəmbərin həyatında nəzərə çarpan mühüm bir xüsusiyyət onun məsuliyyəti qəbul etməsidir. O, məsuliyyəti qəbul etməklə başqalarına xidmətə çalışır.Bu məsuliyyət çətinliklərə dözməklə, böhtanlarla üzləşməklə,müxtəliflərlə rastlaşmaqla həyata keçir. Bütün dözmək üçün insana çox böyük dözüm lazımdır. İlahi peyğəmbərlər böyük dözüm sahibi olduqlarından cəmiyyətə rəhbərlik məsuliyyətini daşıya bilmişlər. İnsanları fəzilətlə tanış etmək yolunda zorluqlarla üz-üzə gəlmişlər. Çətinliklərə dözərək ən yaxşı müvəffəqiyyəti əldə etmişlər. Onlar cəmiyyətə yol göstərmək üçün öz dövrlərinin zalımları ilə vuruşmuşlar.Bu işin icrası üçün böyük dözüm və məsuliyyətin qəbuluna ehtiyac var. Həzrətin yolu bu baxımdan çox aydındır. Quran onun bu xüsusiyyətini çox gözəl təsvir edir. O, xalqın hidayəti üçün gecə-gündüz tanımadı. Xalqın etiqadı və əxlaqi bəlalardan, zalımların zülmündən qurtarmaq üçün məsuliyyət hiss etdi. «O, sizin hidayətiniz üçün çalışır, möminlərə rəuf və mehribandır» (Tövbə 128)

Həzrəti Məhəmmədin(s) məsuliyyəti ən çətin ictimai, siyasi və icrai məsuliyyət idi.Bəşər həyatının müxtəlif sahələrinə rəhbərlik onun öhdəsində idi. Həzrət (s) uyğun məsuliyyətə dözə biləcək bir tutuma malik olmalı idi. Onun ağıl nuru bütün dəyərlər üçün güzgü olmalı idi. Cəmiyyətə rəhbərlik çox böyük hadisədir və onun gerçəkləşməsi üçün ağıl nuru əsas şərtdir. Cəmiyyətə rəhbərlik məsuliyyətini peyğəmbərin çiyininə qoymuş Allah-taala onun tutumu və ağıl nuru haqqında belə buyurur: «Məgər biz sənin köksünü açıb genişləndirmədikmi?!» («Şərh» 1). Həmin bu ağıl nuru və tutum Quran kimi bir vəhy maarifini qəbul etdi. Həmin bu ağıl nuru növbənöv döyüşlərlə cəmiyyətə rəhbərliyi öhdəsinə götürdü. Həqiqətə uyğun düzgün mövqe seçməklə hamı üçün nümunə olası dəyərləri rəhbər tutdu.Peyğəmbər ağıl nuru və kamil tutuma malik olduğu üçün cəmiyyətə rəhbərlikdə düzgün mövqe tuta bilmişdi. Din hüquqları qarşılıqlı şəkildə gözlənilməsini göstəriş versə də, bəşər həyatında büdrəmələr olur. Əgər bir adam səhv edirsə və onun bu səhvi bir başqasının hüququnu tapdayırsa, büdrəyən adamla hansı formada rəftar olunmalıdır? İntiqam almaqlamı, yoxsa bağışlamaqla? İmkan olan yerdə bağışlamaq qəlblərin yumşalmasına, insanların ilahi dəyərlərə yaxınlaşmasına bais olur və bu ən yaxşı yoldur. Allah-taala da bağışlamağı üstün qiymətləndirir. Amma bu bağışlamağın səbəbi insanın zəifləməyi olmamalıdır və eləcə də bu bağışlama günaha rəğbətləndirməlidir.

Doğru bir müdiriyyət və rəhbərlik yaratmaq üçün insanın tutumu, ağıl nuru mühüm rol oynayır və xeyli səmərəlidir. Ağıl nuru müxaliflərin və biganələrin haqqa yaxınlaşmasına, fikir oyanışına səbəb olur. Ağıl nuru və müdrik baxış başqalarını dəyərləri qiymətləndirməyə, quruculuğa həvəsləndirir. Rəhbərin ağıl nuru onu səmərəsiz fəaliyyətlərdən çəkindirir, ictimai qüvvələrin təşkilinə səbəb olur. Bu xüsusiyyətlərə görə insanların büdrəmələri bağışlanır. Nəhayət, ağıl nuru təxribatın və qüvvə itkisinin qarşısını alır, qüvvələri mütəşəkkil formada hədəfə doğru yönəldir.