Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Hüseynin (ə) kəlamında:

İmam Hüseyn (ə) “Aşura” gecəsi bacısı xanım Zeynəbin (s.ə.) taqətsizliyini gördükdə, ona təsəlli verərək keçmişdə nəsil-nəcabətinin başına gəlmiş ağır hadisələri, o cümlədən, anası Fatimənin (s.ə.) çətin günlərini xatırlayaraq buyurmuşdur: “Anam Fatimə məndən yaxşı idi, amma o da dünyada qalmadı.”(“Əl-kamilu fit-tarix”, 2-ci cild, səh.559.)Digər bir rəvayətdə o həzrətin belə buyurduğu nəql olunur: “Bir gün Allahın Rəsulu (s) Ümmü-Sələmənin evində ikən, Sərsail adlı mələk o həzrətə nazil olub deyir: “Nuru nurla evləndir!” Allahın Rəsulu (s) “Kimi kimlə evləndirim?” – deyə soruşduqda, Sərsail deyir: “Qızın Fatiməni (s) Əli ibn Əbu Taliblə (ə)!” Ondan sonra Allahın Rəsulu (s) Cəbrail, Mikail və Sərsailin hüzurunda Fatiməni (s.ə.) Əli (ə) ilə evləndirir.

(“Biharul-ənvar”, 43-cü cild, səh.213, hədis 31.)

https://t.me/seba_azeri313

Xanım Fatimeyi-Zəhra (s.ə.) Imam Sadiqin (ə) kəlamında

Müfəzzəl ibn Ömər nəql edir ki, imam Sadiqdən: “Xanım Fatimeyi-Zəhra (s.ə.) necə dünyaya gəldi?” – deyə soruşduqda, o həzrət belə buyurdu: “Xədicə (s.ə.) Peyğəmbərlə (s) evləndikdən sonra Məkkə qadınları onunla əlaqəni kəsdilər. Heç kim onun yanına getmir, ona salam vermir və hətta qadınlara onunla əlaqə saxlamaq qadağan edilmişdi.
Peyğəmbərin (s) həyat yoldaşı onların bu rəftarından narahat olurdu. Nəhayət, Fatiməyə (s.ə.) hamilə olduğu zaman anasının bətnində onun qəm-qüssəsinə şərik oldu, Fatimə (anasının bətnində ikən) anası ilə danışır, onu səbir və təmkinli olmağa dəvət edirdi. O, anasının yeganə həmdəmi idi. Xədicə (s.ə.) övladı ilə danışdığını Peyğəmbərdən (s.ə.) gizlətsə də, bir gün Həzrət otağa daxil olanda Xədicənin (s.ə.) öz bətnindəki övladı ilə danışdığını gördü. Xədicə (s.ə.) Peyğəmbərin (s): “Səninlə danışan kim idi?” – sualına belə cavab verdi: “Bətnimdəki uşaq!” Peyğəmbər (s) buyurdu: “Cəbrail mənə xəbər verib ki, bu körpə, qızdır, özü də pak və mübarəkdir. Allah-Taala nəslimi onun vasitəsilə davam etdirəcək. Bu ümmətin rəhbərləri onun nəslindən vücuda gələcək və onlar vəhy kəsildikdən sonra Allahın yer üzündə xəlifələri olacaq.”

(“Biharul-ənvar”, c.16, səh.79. )

Sual :İnsan Cənnətdə ata və anasının yanında ola bilərmi?

Sual :İnsan Cənnətdə ata və anasının yanında ola bilərmi?

lQısa cavab:“Tur” surəsinin 21-ci ayəsindən başa düşülür ki, atalarının yolunu gedən, iman baxımından onların davamçısı olan övlad və zürriyyələr cənnətdə onlara qoşula biləcəklər: “İman gətirmiş və övladları imanda onlara tabe olmuş kəslərin övladlarını onlara qovuşduracaq və onların əməllərindən bir şey azaltmayacağıq.”Ətraflı cavab:“Tur” surəsinin 21-ci ayəsinə azacıq diqqətlə başa düşülür ki, ayədəki məqsəd atalarının yolunu gedən, iman baxımından onların davamçısı olan və onların məktəbinə qoşulan övlad və zürriyyədir:وَ الَّذِینَ آمَنُوا وَ اتَّبَعَتْهُمْ ذُرِّیَّتُهُمْ بِاِیمان اَلْحَقْنا بِهِمْ ذُرِّیَّتَهُمْ وَ ما اَلَتْناهُمْ مِنْ عَمَلِهِمْ مِنْ شَیْء “(Özləri) iman gətirmiş və övladları imanda onlara tabe olmuş kəslərin övladlarını (axirətdə və cənnətdə) onlara qovuşduracaq və onların əməllərindən bir şey azaltmayacağıq.”Belə kəslər əməldə səhlənkarlıq etsələr, təqsirə yol versələr də saleh atalarının ehtiramına Allah onları bağışlayar, məqamlarını ucaldar və onların səviyyəsinə çatdırar. Bu, ata və övladlara Allahın böyük bir lütfüdür. Lakin təfsir alimlərinin bəzisi burada “zürriyyə” sözününün ümumi mənaya dəlalət etdiyini irəli sürürlər. Belə ki, körpə uşaqlar da bu ayəyə şamildir. Lakin bu versiya ayənin zahiri mənası ilə uyğun gəlmir. Çünki imanda həddi-buluq və ya ona yaxın mərhələ şərtddir ki, bu da iddiamıza sübutdur.Amma belə də demək olar ki, uşaqlar qiyamətdə həddi-buluğa çatacaq, onlardan imtahan götürüləcək, imtahandan qəbul olduqları təqdirdə atalarına qoşulacaqlar. Bu halda sözü gedən təfsir məqbul sayıla bilər.Uşaqların ataları ilə eyni dərəcəyə ucalmaları ehtimalı insanda istər-istəməz, ataların əməllərindən azaldılıb övladların əməllərinə əlavə edilməsi fikri yarada bilər. Bu təsəvvürü aradan qaldırmaq üçün ayənin davamında deyilir:وَ ما اَلَتْناهُمْ مِنْ عَمَلِهِمْ مِنْ شَیْء“Biz onların əməllərindən əsla azaltmarıq.”İbn Abbas İslam peyğəmbərindən (s) nəql edir ki, həzrət buyurdu:اِذا دَخَلَ الرَّجُلُ الْجَنَّهَ سَاَلَ عَنْ اَبَوَیْهِ وَ زَوْجَتِهِ وَ وَلَدِهِ، فَیُقالُ لَهُ اِنَّهُمْ لَمْ یَبْلُغُوا دَرَجَتَکَ وَ عَمَلَکَ، فَیَقُولُ رَبِّ قَدْ عَمِلْتُ لِی وَ لَهُمْ فَیُوْمَرُ بِاِلْحاقِهِمْ بِهِ “İnsan cənnətə daxil olarkən öz atası, anası, övladları və həyat yoldaşının harada olduqlarını soruşur. Ona deyilər: “Onlar sənin dərəcə, məqam və əməlinə çatmadılar.” O, xahiş edər: “Pərvərdigara, mən özüm və onlar üçün əməl etdim.” Bu an əmr edilər ki, ailəsini ona qovuşdursunlar. Maraqlısı burasındadır ki, ayənin sonunda əlavə edir:کُلُّ امْرِئ بِما کَسَبَ رَهِینٌ “Hər bir insan öz əməlinin girovundadır. “ Buna görə, pərhizkarların əməl və mükafatlarından nəyinsə azalmaması təəccüb doğurmamalıdır. Çünki bu əməllər hər yerdə insanın özü ilədir. Allah təqvalı insanlar haqqında lüft edirsə, onları cənnətdəki müttəqi insanlara qovuşdurursa, bu, onların əməllərinin mükafatından nəyinsə azalması mənasına deyil.Beləliklə, hər bir insan öz əməlinin girovundadır cümləsinin mənası budur ki, hər kəsin əməlləri onun ayrılmaz yoldaşıdır. Heç vaxt ondan ayrılmır, istər yaxşı əməl olsun, istərsə də pis əməl. Demək, təqvalı insanlar cənnətdə öz əməlləri ilə birlikdədirlər. Övladlarının kənarlarına gətirilməsi onların əməllərindən nə isə azalması mənasında deyildir.Ümumiyyətlə, bu cümlə insanın əməllərinin heç bir vaxt ondan ayrılmamasına, hər yerdə daim onunla birlikdə olmasına dair bir isrardır.

Xəbərlər