Bu ay hicri ilinin ilk ayı olmasına və bu ayda döyüşlərin və müharibələrin haram edilməsinə baxmayaraq, faciəli Aşura günü bu ayda baş vermiş və peyğəmbər nəslinin kədərinə səbəb olub.Müsəlman ümmətinin tarixinə ən acı, lakin eyni zamanda insanlara qeyrət, qürur bəxş edən bir hadisə kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn (ə) həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət daşıyır. Belə ki, İmam Hüseyn əzadarlığında Haqqın bərpası və Ədalət uğrunda səfərbərlik hikməti var. İmam Hüseyn dinin saflığı uğrunda mübarizəsinin hər il yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür.
Bu ayın ilk iki həftəsində dünya müsəlmanları, eləcə də Azərbaycanlı inanclılar İmam Hüseynin (ə) şəhid edilməsi günlərini məscidlərə gedərək onun şəninə mərsiyələr, ilahilər deyərək yad edirdilər. Lakin bu il pandemiya səbəbindən məscidlər bağlıdır, kütləvi tədbirlərin keçirilməsi qadağandır və əzadarlıq yalnız fərdi şəkildə təşkil oluna bilər. Məhərrəm ayının ilk günü oruc tutmaq müstəhəbdir. Qəzası olmayanlar “məhərrəm ayının ilk gününün orucu” niyyəti ilə, qəzası olanlar isə qəza niyyəti ilə oruc tuta bilərlər.Habelə məhərrəm ayının ilk günündə də iki rükət namaz qılmaq müstəhəbdir. “Məhərrəm ayınını ilk günü” niyyəti ilə qılınan bu namazdan sonra 3 dəfə aşağıdakı dua oxunur: «Allahummə əntəl ilahul qədim və hazə sinnətun cədidətun fəəs-əlukə fiha əl-ismətu min şeytan vəl quvvətu əla hazihin nəfsəl əmmarətə bissu».“İlahi, sən əzəli və səxavətli Allahsan. Və bu, yeni ildir. Səndən istəyirəm ki, məni şeytandan qoruyub pisliyə çağıran nəfsim üzərində qalib edəsən”.Hicri-qəməri tarixi ilə bu gün Məhərrəm ayı başlayır.
XəbərlərXəbərlər