İnsanı cənnətə doğru aparan əqidə əsasları, əxlaq normaları və ibadət əməlləri çoxdur, onların hamısını bir ayədə ifadə etmək mümkün deyil. Hətta bu mümkün olsaydı da, ayə çox uzun və cansıxıcı alınardı.İkincisi, Quran bütün bəşəriyyətə ünvanlanmış bir kitabdır. İnsanların hər birinin öz psixoloji durumu, temperamenti, iman dərəcəsi, şüur səviyyəsi vardır. Allah müxtəlif ayələrdə müxtəlif təbəqələrə fərqli üslublarda müraciət edir ki, tez anlasınlar.Həmçinin, hər kəsin “büdrədiyi” məqamlar fərqlidir. Birisi üçün səbir, o birisi üçün saleh əməl, bir başqası üçün isə doğruculluq amilini vurğulamaq faydalıdır. Töbvəsini təxirə salanlar tövbə haqqında, ibadətə saymazyana yanaşanlar namaz mövzusunda tənbeh olunmalıdırlar.Nəhayət, üçüncüsü, cənnəti qazanmağın yolları barədəki ayələrdə xatırlanan xüsusiyyətlərin hamısı bir-biri ilə sıx bağlıdır. Müsbət insan bu xüsusiyyətlərdən yanlız birinə sahib olub, o birisindən məhrum qala bilməz. Əsil mömin bu cəhətlərin hamısına (heç olmazsa, böyük əksəriyyətinə) sahib olmalıdır. Ayələrdə xatırlanan iman, təqva kimi anlayışlar bir çox başqa dəyərləri də özündə ehtiva edir. Bu baxımdan, ayələrdə fərqli dəyərlərin vurğulanması qətiyyən ziddiyyət təşkil etmir.