Sual :İnsan Cənnətdə ata və anasının yanında ola bilərmi?

Sual :İnsan Cənnətdə ata və anasının yanında ola bilərmi?

lQısa cavab:“Tur” surəsinin 21-ci ayəsindən başa düşülür ki, atalarının yolunu gedən, iman baxımından onların davamçısı olan övlad və zürriyyələr cənnətdə onlara qoşula biləcəklər: “İman gətirmiş və övladları imanda onlara tabe olmuş kəslərin övladlarını onlara qovuşduracaq və onların əməllərindən bir şey azaltmayacağıq.”Ətraflı cavab:“Tur” surəsinin 21-ci ayəsinə azacıq diqqətlə başa düşülür ki, ayədəki məqsəd atalarının yolunu gedən, iman baxımından onların davamçısı olan və onların məktəbinə qoşulan övlad və zürriyyədir:وَ الَّذِینَ آمَنُوا وَ اتَّبَعَتْهُمْ ذُرِّیَّتُهُمْ بِاِیمان اَلْحَقْنا بِهِمْ ذُرِّیَّتَهُمْ وَ ما اَلَتْناهُمْ مِنْ عَمَلِهِمْ مِنْ شَیْء “(Özləri) iman gətirmiş və övladları imanda onlara tabe olmuş kəslərin övladlarını (axirətdə və cənnətdə) onlara qovuşduracaq və onların əməllərindən bir şey azaltmayacağıq.”Belə kəslər əməldə səhlənkarlıq etsələr, təqsirə yol versələr də saleh atalarının ehtiramına Allah onları bağışlayar, məqamlarını ucaldar və onların səviyyəsinə çatdırar. Bu, ata və övladlara Allahın böyük bir lütfüdür. Lakin təfsir alimlərinin bəzisi burada “zürriyyə” sözününün ümumi mənaya dəlalət etdiyini irəli sürürlər. Belə ki, körpə uşaqlar da bu ayəyə şamildir. Lakin bu versiya ayənin zahiri mənası ilə uyğun gəlmir. Çünki imanda həddi-buluq və ya ona yaxın mərhələ şərtddir ki, bu da iddiamıza sübutdur.Amma belə də demək olar ki, uşaqlar qiyamətdə həddi-buluğa çatacaq, onlardan imtahan götürüləcək, imtahandan qəbul olduqları təqdirdə atalarına qoşulacaqlar. Bu halda sözü gedən təfsir məqbul sayıla bilər.Uşaqların ataları ilə eyni dərəcəyə ucalmaları ehtimalı insanda istər-istəməz, ataların əməllərindən azaldılıb övladların əməllərinə əlavə edilməsi fikri yarada bilər. Bu təsəvvürü aradan qaldırmaq üçün ayənin davamında deyilir:وَ ما اَلَتْناهُمْ مِنْ عَمَلِهِمْ مِنْ شَیْء“Biz onların əməllərindən əsla azaltmarıq.”İbn Abbas İslam peyğəmbərindən (s) nəql edir ki, həzrət buyurdu:اِذا دَخَلَ الرَّجُلُ الْجَنَّهَ سَاَلَ عَنْ اَبَوَیْهِ وَ زَوْجَتِهِ وَ وَلَدِهِ، فَیُقالُ لَهُ اِنَّهُمْ لَمْ یَبْلُغُوا دَرَجَتَکَ وَ عَمَلَکَ، فَیَقُولُ رَبِّ قَدْ عَمِلْتُ لِی وَ لَهُمْ فَیُوْمَرُ بِاِلْحاقِهِمْ بِهِ “İnsan cənnətə daxil olarkən öz atası, anası, övladları və həyat yoldaşının harada olduqlarını soruşur. Ona deyilər: “Onlar sənin dərəcə, məqam və əməlinə çatmadılar.” O, xahiş edər: “Pərvərdigara, mən özüm və onlar üçün əməl etdim.” Bu an əmr edilər ki, ailəsini ona qovuşdursunlar. Maraqlısı burasındadır ki, ayənin sonunda əlavə edir:کُلُّ امْرِئ بِما کَسَبَ رَهِینٌ “Hər bir insan öz əməlinin girovundadır. “ Buna görə, pərhizkarların əməl və mükafatlarından nəyinsə azalmaması təəccüb doğurmamalıdır. Çünki bu əməllər hər yerdə insanın özü ilədir. Allah təqvalı insanlar haqqında lüft edirsə, onları cənnətdəki müttəqi insanlara qovuşdurursa, bu, onların əməllərinin mükafatından nəyinsə azalması mənasına deyil.Beləliklə, hər bir insan öz əməlinin girovundadır cümləsinin mənası budur ki, hər kəsin əməlləri onun ayrılmaz yoldaşıdır. Heç vaxt ondan ayrılmır, istər yaxşı əməl olsun, istərsə də pis əməl. Demək, təqvalı insanlar cənnətdə öz əməlləri ilə birlikdədirlər. Övladlarının kənarlarına gətirilməsi onların əməllərindən nə isə azalması mənasında deyildir.Ümumiyyətlə, bu cümlə insanın əməllərinin heç bir vaxt ondan ayrılmamasına, hər yerdə daim onunla birlikdə olmasına dair bir isrardır.

Xəbərlər

İslamda dostluq…

İslam dinində kafirlə dostluq məzəmmət olunduğu kimi, möminlə düşmənçilik də pislənilir.“Təvəlla və təbərra” dedikdə Allahın dostları ilə dost, düşmənləri ilə düşmən olmaq nəzərdə tutulur.İnsan ictimai varlıq olduğundan öz həmnövləri ilə ünsiyyətə, yodaşlığa məcburdur. Amma o, bir qurup insanlarla xüsusi münasibətdə olmağa ehtiyac duyur və bu insanları dost adlandırır.“Fürqan” surəsinin 28-ci ayəsində buyurulur: “Vay halıma! Kaş filankəsi özümə dost seçməyəydim!” Ayədə qiyamət səhnəsində, seçdiyi dosta peşiman olmuş insandan danışılır. Aydın olur ki, insanın xoşbəxtliyində dost əhəmiyyətli rol oynayır. Həzrət Əli (ə) buyurur: “Bir insanın kimliyini tanımaq üçün onun dostlarına nəzər salın. Əgər dostları din əhlidirsə, o da din əhlidir, dostları din əhli deyilsə, o da dindən, doğru yoldan uzaqdır.”İmam Məhəmməd Təqi (ə) buyurur: “Pis insanlarla dostluqdan çəkin. Onlar yalın qılınc kimidirlər –zahirən gözəl, həqiqətdə çirkin!”Təbbi ki, insan öz həyatında düşmənlər də qazanır. İslam dinində kafirlə dostluq məzəmmət olunduğu kimi, möminlə düşmənçilik də pislənilir. Allah təala ”möminlər qardaşdırlar” buyurur:Hər bir əməldə məqsəd var. Allahın razılığını qazanmaq məqsədi daşıyan insanın əməli ibadətdir. Allahın dostu ilə dostluq, düşməni ilə düşmənlik üstün ibadətlərdəndir. Şeytan insanlar, xüsusi ilə də, möminlər arasında təfriqə salmaq qəsdindədir. Allahın razılığını düşünən insan isə möminlə düşmən, kafirlə dost olası deyil!

 “İman gətirib yaxşı işlər görənlər və ümidlərini Rəbbinə bağlayanlar isə cənnətlikdirlər. 

İnsanı cənnətə doğru aparan əqidə əsasları, əxlaq normaları və ibadət əməlləri çoxdur, onların hamısını bir ayədə ifadə etmək mümkün deyil. Hətta bu mümkün olsaydı da, ayə çox uzun və cansıxıcı alınardı.İkincisi, Quran bütün bəşəriyyətə ünvanlanmış bir kitabdır. İnsanların hər birinin öz psixoloji durumu, temperamenti, iman dərəcəsi, şüur səviyyəsi vardır. Allah müxtəlif ayələrdə müxtəlif təbəqələrə fərqli üslublarda müraciət edir ki, tez anlasınlar.Həmçinin, hər kəsin “büdrədiyi” məqamlar fərqlidir. Birisi üçün səbir, o birisi üçün saleh əməl, bir başqası üçün isə doğruculluq amilini vurğulamaq faydalıdır. Töbvəsini təxirə salanlar tövbə haqqında, ibadətə saymazyana yanaşanlar namaz mövzusunda tənbeh olunmalıdırlar.Nəhayət, üçüncüsü, cənnəti qazanmağın yolları barədəki ayələrdə xatırlanan xüsusiyyətlərin hamısı bir-biri ilə sıx bağlıdır. Müsbət insan bu xüsusiyyətlərdən yanlız birinə sahib olub, o birisindən məhrum qala bilməz. Əsil mömin bu cəhətlərin hamısına (heç olmazsa, böyük əksəriyyətinə) sahib olmalıdır. Ayələrdə xatırlanan iman, təqva kimi anlayışlar bir çox başqa dəyərləri də özündə ehtiva edir. Bu baxımdan, ayələrdə fərqli dəyərlərin vurğulanması qətiyyən ziddiyyət təşkil etmir.