Həzrət İmam Əli (ə) buyurub:

“İndi mən elə bir şey söyləyəcəyəm ki, bu gündən öncə heç kəsə bunu
söyləməmişəm. Bir dəfə Hz. Peyğəmbərdən (s) istədim ki, mənimçün Allahdan bağışlanmaq diləsin. O həzrət də buyurdu ki, edərəm. Sonra da durub namaz qıldı. Əlini duaya qaldırarkən o həzrətin nə dediyini dinlədim. Bir də gördüm ki, o həzrət bu cür dua edir: “İlahi, Əlinin Sənin yanında olan haqqına (hörmətinə) xatir Əlini bağışla.» Mən də dedim: Ya Rəsuləllah! Bu nədir (bu nə cür duadır?) Həzrət Peyğəmbər (s) buyurdu: Məgər elə birisi varmıdır ki, Allah yanında səndən daha hörmətli olsun, mən də onun adını çəkərək Allahdan şəfaət və bağışlanmaq diləyəm!?”

(Nəhcul-Bəlağənin şərhi, cild 20, səh 316.)

https://t.me/seba_azeri313

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *