sabaislamic.com xəbər verir ki, rəcəb ayının 15-i İslamın əziz Peyğəmbərinin (s) nəvəsi, eləcə də dünya şiələrinin birinci Imamı Həzrət Əli (ə) və Həzrət Fatimeyi-Zəhranın (s.ə) övladı Həzrət Zeynəbin (s.ə) vəfatının ildönümü günüdür.
Həzrət Zeynəb (s.ə.) qardaşı, dünya şiələrinin üçüncü İmamı Həzrət İmam Hüseynin (ə) yanında, İslamı müdafiə adı altında böyük Kərbəla faciəsini törətmiş irticaçı və yayınmış bir cərəyanla mübarizə aparırdı.
O həzrət möhtərəm qardaşı Həzrət İmam Hüseynin (ə) və onun vəfalı köməkçilərinin şəhadətindən sonra paklıq Əhli-beyti (ə) xanədanının digər üzvləri ilə yanaşı əsir aparıldı, amma həmin əsirlik gedişində məntiqli və əzəmətli xütbələrilə Bəni Uməyyənin pozğun və alçaq mahiyyətini ifşa etdi.
Həzrət Zeynəb (s.ə) Kufə və Şamda Yezidin pozğun hökumət sisteminə qarşı ifşaçılıqları ilə İmam Hüseyn (ə) qiyamının hədəfləri və fəlsəfəsini həmişəlik olaraq yaşatdı.
Həzrət Zeynəbin (s.ə) şəhadəti münasibətilə Səba qadın saytı olaraq bütün dünya müsəlmanlarına baş sağlığı veririk