Demişlər ki, Aşurada və Kərbəla hadisəsində qan xəncərə qalib oldu. Həqiqətən belədir və bu qələbənin səbəbkarı həzrət Zeynəbdir. Əks təqdirdə, qan Kərbəlada bitdi; Aşura meydanında haqq qüvvələrinin zahiri məğlubiyyəti ilə qanlı toqquşma başa çatdı. Bu zahiri hərbi məğlubiyyətin qəti və daimi bir qələbəyə çevirlməsinə səbəb olan amil Zeynəb-Kübranın missiyası, üzərinə götürdüyü rol idi. Bu çox mühüm məsələdir. Bu hadisə göstərdi ki, qadın tarixi hadisələrdə kənar və ikinci dərəcəli qüvvə deyil, mühüm tarixi hadisələrin içindədir. Quran da çoxlu yerlərdə bu məsələyə toxunur. Lakin bu, yaxın tarixə aiddir, canlı və hiss olunan bir hadisədir, keçmiş ümmətlərə aid deyil. Burada Zeynəb-Kübra çox əzəmətli şəkildə müşahidə olunur. Onun fəaliyyəti nəticəsində döyüşdə qalib gəlib müxaliflərini qılıncdan keçirən və qələbə taxtında əyləşən düşmən öz iqamətgahında, şah sarayında təhqir edildi, rəzil oldu. Zeynəb onun alnına əbədi həqarət damğası vurdu və qələbəsini məğlubiyyətə çevirdi. Bu, Zeynəb-Kübranın roludur. Zeynəb göstərdi ki, qadın hicabını və iffətini mübarizə şərəfinə və böyük bir cihada çevirmək olar.Zeynəb-Kübranın bizə çatan sözləri onun hərəkətinin əzəmətini göstərir. Zeynəb-Kübranın Kufə bazarındakı unudulmaz çıxışı adi söhbət, böyük bir şəxsiyyətin adi fikir bildirməsi deyil. O dövrdə İslam cəmiyyətinin vəziyyətinə dair ən gözəl sözlərlə bəyan olunmuş ən dərin məzmunlu, zəngin və möhtəşəm bir təhlildir. Şəxsiyyətin gücünə baxın. Bu şəxsiyyət nə qədər güclüdür.
https://t.me/seba_azeri313