İlahi, məni bəla ilə ədəbləndirmə, aldanıb tələyə düşməyə qoyma! Ya Rəbb, Səndən başqa xeyir mənşəyi yox ikən haradan xeyir umum? Səndən başqa nicat verən yox ikən haradan nicat umum? Ən xeyirxah kəs belə Sənin yardım və rəhmətindən güc alır. Günah edən də, əleyhinə çalışan da, naşükür olan da Sənin hökmranlığından kənar çıxa bilməz. Ya Rəbb! Ya Rəbb! Ya Rəbb!… (nəfəs çatanadək «Ya Rəbb!» deyilir).Səni mənə tanıdan Özünsən. Sənə tərəf yol göstərənim və çağıranım Özünsən. Sən olmasaydın Səni necə tanıyacaqdım?! Həmd olsun o Allaha ki, mən çağıranda cavab verir, O çağıranda isə mən cavab verməyə ərinirəm. Həmd olsun o Allaha ki, mən istəyəndə əta edir, O istəyəndə isə mən paxıllıq edirəm. Həmd olsun o Allaha ki, ehtiyacımı birbaşa Ona deyirəm, sirrimi birbaşa Onunla bölüşürəm, O da məni əliboş qaytarmır. Həmd olsun o Allaha ki, Ondan başqasının qapısına getmərəm, getsəm də istədiyimi ala bilmərəm. Həmd olsun o Allaha ki, Ondan başqasına ümid bağlamaram, bağlasam da ümidlərim puç olar. Həmd olsun o Allaha ki, məni Öz öhdəsinə götürüb əziz etdi, camaatın ümidinə buraxıb xar etmədi. Həmd olsun o Allaha ki, məni sevir, halbuki məndən bir asılacağı yoxdur. Həmd olsun o Allaha ki, mənimlə elə həlim davranır, sanki heç bircə günahım da yoxdur. Ona görə də yalnız Rəbbimi öyürəm və yalnız O öyməyimə layiqdir…
- Ramazan ayının ikinci gününün imsak, iftar və namaz vaxtları
- Həzrət Məsumənin (ə) viladəti münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o xanımın həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq: