Перейти к содержимому
- ← Məhərrəm ayının əməlləri…Bu ay Məsumlar (ə) və onların davamçıları üçün qəm və qüssə ayıdır. Həzrət İmam Rzadan (ə) nəql edilir: «Məhərrəm ayı gəldiyi zaman heç kim atamı gülərüz görməzdi. Onuncu gününə qədər bu qəm və qüssəli durumu davam edərdi. Aşura günü çatanda isə onun müsibət, qəm-qüssə və göz yaşı günü olardı. Buyurardı: Bu gün elə bir gündür ki, Hüseyn (ə) şəhid olmuşdur”.Məhərrəm ayının ilk gecəsi: İbni Tavus «İqbal” kitabında bu gecə haqqında bir neçə namaz zikr etmişdir: 1. Yüz rükət namazdır ki, hər bir rükətində «Həmd” və «Tovhid” surələri oxunur. 2. İki rükətli namazdır ki, birinci rükətdə «Həmd” və «Ənam” və ikinci rükətdə isə «Həmd” və «Yasin” surəsi oxunur. 3. İkirükətli namazdır ki, hər bir rükətində «Həmddən” sonra 11 dəfə «Tovhid” surəsi oxunur. Peyğəmbərdən (s) nəql edilir: «Hər kim bu iki rükət namazı bu gecədə yerinə yetirərsə, sabahısı günü oruc tutsun. Əgər belə edərsə bütün il boyu xeyir iş görmüş şəxs kimi olar. Həmin il boyunca (Allah tərəfindən) qorunar. Əgər ölərsə, behiştə gedər”.Birinci gün: Oruc tutmaq. Riyan ibni Şəbib İmam Rzadan nəql edir: «Hər kim bu günü oruc tutarsa və Allahı çağırarsa, Allah onun duasını yerinə yetirər. Necə ki, Zəkəriyyanın (ə) duasını qəbul etmişdi». İmam Rzadan (ə) nəql edilir: «Peyğəmbər (s) Məhərrəm ayının birində iki rükətli namaz qılardı. Qurtarandan sonra əllərini göyə qaldıraraq bu duanı edərdi: Allahım, Sən əzəli Məbudsan! Bu Sənin ilindir. Bu aydan Səndən şeytanın şərrindən uzaq olmağımı, günah işlədə bilən nəfsə qələbə çalmağımı, məni Sənə yaxınlaşdıracaq işlərlə məşğul olmağımı istəyirəm. Ey Böyük və böyüklərin Sahibi! Ey sığınacağı olmayanların Sığınacağı! Ey o kəsin qəm yoldaşı ki, onun qəm sirdaşı yoxdur! Ey o kəsin pənah yeri ki, başqa pənah yeri yoxdur! Ey o kəsin fəryadına çatanı ki, fəryadına çatan yoxdur! Ey o kəsin himayəçisi ki, onun himayəçisi yoxdur! Ey o kəsin xəzinəsi ki, onun xəzinəsi yoxdur! Ey yaxşı imtahan edən, ey ümidlərin böyüyü, ey gücsüzlərin izzəti, ey qərq olmuşların nicat verəni, ey həlak olanları xilas edən, ey nemətlər bəxş edən…”.
- Imam Huseyn (ə) haqqında qısa məlumatİMAM HÜSEYN (ƏLEYHİSSALAM)Ləqəbləri: Seyyidüş-şühəda, Rəşid, Təyyib, Vəfiyy, Zəkiyy, Seyyid, Səid, Mübarək, Sibtüs-sani, Əttabiu-limərzatillah, Əşşəhidu bi-Kərbəla, Əddəlilu əla zatillah, Əl-imamus-salis.Künyəsi: Əbu Əbdillah.Atası: Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhissalam).Anası: Fatimeyi Zəhra (salamullahi əleyha).Doğulduğu gün: 3 Şəban.Doğulduğu yer: Mədineyi-Münəvvərə.Doğulduğu il: Hicrətdən 3 il sonra.Şəhid olduğu gün: Məhərrəmin onu, cümə günü.Şəhid olduğu il: 61-ci hicri ili.Ömrü: 58 il.Şəhadət səbəbi: Yezid ibn Müaviyənin hökmü ilə öz əhli-beyti ilə birlikdə şəhadətə çatmışdır.Dəfn olunduğu yer: Müqəddəs Kərbəla şəhəri.Övladlarının sayı: 6 (4 oğlan, 2 qız).Oğlanları:1. Əli Əkbər.2. Əliyyi Övsət (İmam Zeynül-Abidin əleyhissalam).3. Cəfər.4. Əbdüllah.Qızları:1. Səkinə.2. Fatimə.İmamın nəsli oğlu Zeynəl-Abidindən (əleyhissalam) davam etmişdir. Əli Əkbər atası ilə birlikdə Kərbəlada şəhid olmuş və o Həzrətin yanında dəfn edilmişdir. Cəfər (anası Qusaiyyədir) atasının sağlığında vəfat etmiş, Mədineyi-Münəvvərədə dəfn olunmuşdur. Əbdüllah isə uşaqlıq çağında (6 aylıq) atasının qucağında şəhid edilmişdir. Ona Əli Əsğər də deyilir.https://t.me/seba_azeri313 →