23 rəbiüləvvəl – Həzrət Məsumənin (s.ə) Quma gəlişi

Həzrət Məsumənin (s) Quma gəlişi haqqında tarixi mənbələr yazır ki, bu gəlişin obyektiv səbəbləri vardı. İmam Kazim (ə) həbsə alınan zaman oğlu İmam Rizaya (ə) vəsiyyət etdi ki, qızların himayəsini öz üzərinə götürsün. Qızlarına da vəsiyyət etdi ki, qardaşları həzrət Rizaya (ə) itaət etsinlər. Hicri-qəməri 183-cü ildə imam Musa-Kazim (ə) şəhadətə çatan zaman xanım Məsumənin (s) on yaşı vardı. O acı uşaqlıq dövrü keçirmişdi. Qardaşının himayəsində yaşayan xanım Məsumə (s) imam Rizanın (ə) Xorasana məcburi səfərindən sonra bir il Mədinədə yaşadı. Xanım iztirab içində idi, heç vəchlə sakitləşə bilmirdi. Qardaşını görmək istəyi ilə Mədinədən Xorasana uzun səfərə qərar verdi. Yaxınları ilə birlikdə səfərə çıxdı. Qardaşını görmək arzusu ilə alışıb-yanan xanım yol arası Savədə xəstələndi.Bəziləri xanımın xəstəliyi haqqında yazırlar ki, Savə əhli o zaman Peyğəmbər ailəsinə düşmən idi və bu səbəbdən xanımın karvanını görəndə ona hücum etdilər. Bu döyüşdə xanım Məsumənin (s) qardaşları və qardaşı oğlanları şəhadətə çatdı. Xanım Məsumə (s) 23 yaralı cəsədi görüb eynən bibisi Zeynəb kimi qəm-qüssəyə qərq oldu. Bu qəm-qüssə xəstəliyə səbəb oldu. Xanım bu vəziyyətdə Quma gəldi, Qumda vəziyyəti daha da ağırlaşdı. 16-17 gündən sonra dünyasını dəyişdi.Başqa bir rəvayətdə bildirilir ki, Harun ibn Musa ibn Cəfər bacısı həzrət Məsumə (s) də daxil olmaqla 23 nəfərlə bir karvanda Savəyə daxil oldu. Əhli-beyt düşmənləri süfrə başına yığışmış müsafirlərə hücum etdilər. Əvvəlcə Harunu şəhadətə çatdırdılar. Karvanın digər üzvləri yaralandı, pərən-pərən düşdü. Nəql olunur ki, xanım Məsumənin (s) xörəyinə zəhər qatdılar. Xanım ağır vəziyyətdə yatağa düşdü və çox çəkmədi ki, Qumda şəhadətə çatdı. Bəziləri nəql edir ki, xanımı Savədə bir qadın zəhərləyib.Xanım Fatimənin (s) gəlişi xəbəri Ali-Sədə çatdı. Xanımın istiqbalına gedib, onu Quma dəvət etdilər. Bu toplum arasında Musa ibn Xəzrəc adlı biri xanımın karvanına çatıb, onun dəvəsinin cilovundan tutdu və Quma doğru hərəkət etməyə başladı. Bu şəxs xanımı öz evində böyük hörmətlə qəbul etdi. 16-17 gün bu evdə ağır xəstəlik keçirən xanım Məsumə (s) dünyasını dəyişdi. Ali-Səd övladları xanıma əza məclisi qurdular

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *