Xanım Fatimeyi-Zəhra (s.ə.) Imam Sadiqin (ə) kəlamında

Müfəzzəl ibn Ömər nəql edir ki, imam Sadiqdən: “Xanım Fatimeyi-Zəhra (s.ə.) necə dünyaya gəldi?” – deyə soruşduqda, o həzrət belə buyurdu: “Xədicə (s.ə.) Peyğəmbərlə (s) evləndikdən sonra Məkkə qadınları onunla əlaqəni kəsdilər. Heç kim onun yanına getmir, ona salam vermir və hətta qadınlara onunla əlaqə saxlamaq qadağan edilmişdi.
Peyğəmbərin (s) həyat yoldaşı onların bu rəftarından narahat olurdu. Nəhayət, Fatiməyə (s.ə.) hamilə olduğu zaman anasının bətnində onun qəm-qüssəsinə şərik oldu, Fatimə (anasının bətnində ikən) anası ilə danışır, onu səbir və təmkinli olmağa dəvət edirdi. O, anasının yeganə həmdəmi idi. Xədicə (s.ə.) övladı ilə danışdığını Peyğəmbərdən (s.ə.) gizlətsə də, bir gün Həzrət otağa daxil olanda Xədicənin (s.ə.) öz bətnindəki övladı ilə danışdığını gördü. Xədicə (s.ə.) Peyğəmbərin (s): “Səninlə danışan kim idi?” – sualına belə cavab verdi: “Bətnimdəki uşaq!” Peyğəmbər (s) buyurdu: “Cəbrail mənə xəbər verib ki, bu körpə, qızdır, özü də pak və mübarəkdir. Allah-Taala nəslimi onun vasitəsilə davam etdirəcək. Bu ümmətin rəhbərləri onun nəslindən vücuda gələcək və onlar vəhy kəsildikdən sonra Allahın yer üzündə xəlifələri olacaq.”

(“Biharul-ənvar”, c.16, səh.79. )

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *